
Kənar Dairəvi yolda DƏHŞƏTLİ QƏZA: ÖLƏN və xəsarət alanlar var - FOTO
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib.
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "KamAZ"a çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGöygöldə 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Göygöl rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
HadisəAğdamda dərsə gedən qızı maşın vurdu
Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəAğsuda üç avtomobil toqquşan maşınlara çırpıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Ağsu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisəİndoneziyada vulkan ardıcıl püskürdü, kül beş kilometrə yüksəldi
İndoneziyada Semeru vulkanında ardıcıl iki püskürmə qeydə alınıb və kül "buludu" 4.7 kilometrədək yüksəlib.