
Çəkilmiş bığla "böyüyən" uşaqlar: Britaniyada onlayn təhlükəsizlik qalmaqalı
Böyük Britaniyada uşaqlar onlayn yaş yoxlama sistemlərini çox sadə üsullarla, hətta üzlərinə çəkilmiş bığ vasitəsilə belə aldada bilirlər.
Böyük Britaniyada uşaqlar onlayn yaş yoxlama sistemlərini çox sadə üsullarla, hətta üzlərinə çəkilmiş bığ vasitəsilə belə aldada bilirlər.
Gundem.today xəbər verir ki, bu barədə "The Register" nəşri məlumat yayıb.
"Internet Matters" təşkilatının araşdırması göstərib ki, azyaşlıların böyük hissəsi yaş yoxlama sistemlərini ciddi maneə hesab etmir. Sorğuda iştirak edənlərin təxminən yarısı bu sistemlərin zəif olduğunu bildirib, üçdə biri isə məhdudiyyətləri uğurla aşdığını etiraf edib.
Uşaqların istifadə etdiyi üsullar arasında saxta doğum tarixləri daxil etmək, kameraya başqasının şəklini və ya videooyun personajlarını göstərmək, eləcə də yaşlı görünmək üçün sadə qrimlərdən istifadə etmək var.
Araşdırmaya görə, bəzi valideynlər də bu prosesdə mənfi rol oynayırlar: onların 17%-i uşaqlara məhdudiyyətləri aşmaqda birbaşa kömək edir, 9%-i isə buna göz yumur. Nəticədə azyaşlıların təxminən yarısı son dövrlərdə internetdə zərərli məzmunla qarşılaşıb.
"Internet Matters" təşkilatının rəhbəri Reyçel Haqqins təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb. O bildirib ki, effektiv qoruma mexanizmləri platformalara sonradan deyil, ilkin mərhələdə inteqrasiya olunmalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaZəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?
İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir.
DünyaO gecə necə sağ qaldım? - Kiyev təəssüratları - FOTO
- Tək qayıda biləcəksən?
Dünya"Tesla" "Ford"u üstələdi
ABŞ avtomobil sənayesinin iki nəhəngi - "Ford" və "Tesla" arasındakı rəqabət yeni səviyyəyə keçib. İndi bu təkcə satış göstəriciləri və geriçağırılma kampaniyalarının sayı ilə deyil, həm də onların rəhbərlərinin maaşları ilə də bağlıdır.
DünyaPortuqaliyada səs-küylü həbslər
Mayın 5-də Portuqaliyanın paytaxtı Lissabonda işgəncə vermək və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən 15 polis əməkdaşı saxlanılıb.