
"Çelsi"nin sabiq futbolçusu Oskar 34 yaşında karyerasını başa vurdu
Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar 34 yaşında futbolçu karyerasını başa vurub.
Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar 34 yaşında futbolçu karyerasını başa vurub.
Gundem.today xəbər verir ki, bu barədə "San-Paulu" klubunun rəsmi saytı məlumat yayıb.
"San-Paulu"da çıxış edən futbolçu bildirib ki, karyerasını davam etdirmək istəsə də, buna imkan olmayıb.
"Mən "San-Paulu" üçün daha çox şey etmək istəyirdim, oynamağa davam etməyi planlaşdırırdım. Düşünürəm ki, həm futbolçu keyfiyyətim, həm də yaşım buna imkan verirdi, amma təəssüf ki, belə alındı. Karyeramı başa vururam və "San-Paulu"nu bundan sonra azarkeş kimi dəstəkləyəcəyəm", - deyə o qeyd edib.
Qeyd edək ki, Oskar ötən il noyabrın 11-də tibbi müayinə zamanı huşunu itirib və sonradan onda ürək problemləri aşkar edilib.
O, 2012-2017-ci illərdə Londonun "Çelsi" klubunda heyətində çıxış edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİspaniya La Liqası: "Barselona" liderliyini möhkəmləndirdi - VİDEO
İspaniya La Liqasının 30-cu turunda "Atletiko Madrid" "Barselona"nı qəbul edib.
İdmanİngiltərə Kuboku: "Arsenal" turnirlə vidalaşdı
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
İdmanTürkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Türkiyə Superliqasının 28-ci turunda çempionluq uğrunda mübarizə aparan komandaların görüşü baş tutub.
İdmanİngiltərə Kuboku: "Çelsi" rəqibini darmadağın etdi
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.