
Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər
Rusiyalı alimlər Antarktidanın Berks burnunda vahə aşkar ediblər.
Rusiyalı alimlər Antarktidanın Berks burnunda vahə aşkar ediblər.
Gundem.today xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi məlumat yayıb.
"Bu ərazidə əvvəllər tədqiq olunmamış 18 gölün hərtərəfli öyrənilməsi göstərdi ki, bu vahə Yer səthində dayanıqlı və bütöv bir formalaşmadır", - məlumatda bildirilir.
Qeyd olunur ki, dağlar və vadilərlə örtülü olan vahədə ortaillik temperatur mənfi 12 dərəcə Selsidir, buzdan azad ərazinin ümumi sahəsi isə 2.2 kvadrat kilometr qiymətləndirilir.
Ərazidə pinqvinlər, suitilər və Antarktika fırtınaquşuları yaşayır. Vahənin Antarktidanın tədqiqatçısı Arnold Budretskinin şərəfinə adlandırılması qərara alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıFransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb
Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 000 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Maraqlı"Yeni Avaz 3" - 15 ilin Hitləri
Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
MaraqlıÜzdə qırışların yaranmaması üçün hansı vəziyyətdə yatmaq məsləhət görülür?
Əgər yuxudan doymursunuzsa, səhərlər bel və ya kürək nahiyəsində ağrılar hiss edirsinizsə, yəqin ki, yanlış pozada yatırsınız. Bəs hansı hallarda onu dəyişdirmək lazımdır?
MaraqlıTokioda sakura ağacları sakinlərə təhlükə yaratmağa başlayıb
Yaponiyanın paytaxtı Tokioda köhnəlmiş sakura ağaclarının aşması halları artıb və bu, şəhər sakinləri üçün təhlükə yaradır.