
Çempionlar Liqası öncəsi "Barselona"da şok: İki futbolçusu zədələndi - FOTO
"Barselona" şənbə günü La Liqanın 30-cu turu çərçivəsində "Atletiko Madrid" səfərindən 1:2 hesablı parlaq qələbə ilə dönsə də, bu uğur kluba iki əsas oyunçusunun itkisi bahasına başa gəlib.
"Barselona" şənbə günü La Liqanın 30-cu turu çərçivəsində "Atletiko Madrid" səfərindən 1:2 hesablı parlaq qələbə ilə dönsə də, bu uğur kluba iki əsas oyunçusunun itkisi bahasına başa gəlib.
Gundem.today xəbər verir ki, müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Mark Bernal zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olublar.
Kataloniya təmsilçisinin mətbuat xidməti hər iki futbolçunun son durumu barədə rəsmi məlumat yayıb. Tibbi müayinələrdən sonra Arauxonun sol bud nahiyəsində kiçik əzələ problemi olduğu üzə çıxıb. Lakin uruqvaylı müdafiəçinin vəziyyətinin narahatlıq doğurmadığı və onun Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı baş tutacaq növbəti matçda komandasına kömək edə biləcəyi vurğulanıb.
Bununla belə, Mark Bernalın zədəsi nisbətən mürəkkəb xarakter daşıyır. İstedadlı yarımmüdafiəçinin sol topuğunda dartılma diaqnozu qoyulub. Klub rəsmiləri oyunçunun yaşıl meydanlara qayıdış tarixini hələlik açıqlamayıb, bərpa müddətinin tamamilə müalicənin gedişatından asılı olacağını bəyan ediblər.
Qeyd edək ki, qitənin ən nüfuzlu turniri olan Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Barselona" və "Atletiko Madrid" arasında gözlənilən ilk duel aprelin 8-də reallaşacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunur
"Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında qeydə alınan sarsıdıcı məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili olaraq bir araya gəlib.
İdmanÇempion məşqçi yenidən İtaliya millisinin sükanı arxasına keçir - FOTO
İtaliyanın "Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Antonio Kontenin yenidən milli komandanın sükanı arxasına keçməsi ehtimalına qarşı çıxmayacaq.
İdmanİngiltərə Federasiya Kuboku: Həlledici mərhələnin rəqibləri bəlli oldu
İngiltərə Federasiya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.
İdmanMisli Premyer Liqası: "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə
Misli Premyer Liqasında bu gün XXVI turun daha bir oyunu keçiriləcək.