Son dəqiqə
Azərbaycan Prezident və Gürcüstanın baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - VİDEOİrakli Kobaxidze: "İlham Əliyev Gürcüstanın dəyərli dostudur"Baş nazir: "Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur"İlham Əliyev: "Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək""Real Madrid"də zədə böhranına görə Xabi Alonso günahlandırılırKəmaləddin Heydərov Bibiheybətdəki təhlükəli ərazidə olub, tapşırıqlar verib - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunur
"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunur
İdman

"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunur

Bu gün
13:00
1 baxış
Paylaş:

"Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında qeydə alınan sarsıdıcı məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili olaraq bir araya gəlib.

"Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında qeydə alınan sarsıdıcı məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili olaraq bir araya gəlib.

Gundem.today "Sky Sports" istinadən xəbər verir ki, iclasın əsas müzakirə mövzusu komandanın baş məşqçisi Arne Slotun gələcək taleyi olub.

"Liverpul" rəhbərliyi düşünür ki, klub mütləq şəkildə Çempionlar Liqasına vəsiqə qazanmalıdır, əks halda Arne Slot işini itirəcək.

Şənbə günü baş tutan matç "Liverpul"un cari mövsümdəki 15-ci məğlubiyyəti kimi tarixə düşüb. 2015-ci ildən bəri qeydə alınan ən ağır bu məğlubiyyət baş məşqçinin üzərində ciddi təzyiq yaradıb.

Xatırladaq ki, Slot 2024-cü ildə "Liverpul"un "sükanı arxasına" keçib və komanda ilə 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

Hazırkı vəziyyətə görə "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 49 xalla beşinci pillədə qərarlaşıb. Bununla yanaşı, "qırmızılar" Çempionlar Liqasının 1/4 final mərhələsində də çıxışlarını davam etdirirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Liverpul#Arne_Slot#Mançester_Siti#İngiltərə_Kuboku#Çempionlar_Liqası#İngiltərə_Premyer_Liqası#futbol#baş_məşqçi#istefa#Sky_Sports.

Oxşar Xəbərlər

"Real Madrid"də zədə böhranına görə Xabi Alonso günahlandırılırİdman

"Real Madrid"də zədə böhranına görə Xabi Alonso günahlandırılır

"Real Madrid" klubunda belə hesab edirlər ki, bu mövsüm futbolçuların kütləvi şəkildə zədələnməsi keçmiş baş məşqçi Xabi Alonsonun rəhbərliyi dövründə hazırlıq prosesinin qeyri-peşəkar və keyfiyyətsiz planlaşdırılmasının birbaşa nəticəsidir.

Bu gün
14:160
"Arsenal" rəhbərliyi Mikel Artetanın qarşısına şərt qoyduİdman

"Arsenal" rəhbərliyi Mikel Artetanın qarşısına şərt qoydu

"Arsenal" klubunun rəhbərliyi komandanın baş məşqçisi Mikel Artetanın qarşısına qəti və həlledici şərt qoyub.

Bu gün
13:520
Afrika futbolunda qəribə hadisə: Yığmanın yeddi üzvü yarışdan sonra itkin düşdüİdman

Afrika futbolunda qəribə hadisə: Yığmanın yeddi üzvü yarışdan sonra itkin düşdü

Eritreya milli futbol komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini yığmasına qarşı keçirilən səfər matçından sonra müəmmalı şəkildə itkin düşüb.

Bu gün
13:241
Çempion məşqçi yenidən İtaliya millisinin sükanı arxasına keçir - FOTOİdman

Çempion məşqçi yenidən İtaliya millisinin sükanı arxasına keçir - FOTO

İtaliyanın "Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Antonio Kontenin yenidən milli komandanın sükanı arxasına keçməsi ehtimalına qarşı çıxmayacaq.

Bu gün
12:040