Son dəqiqə
Çexiyanın Baş naziri Andrey Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edirCəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var"Dəmir Qübbə" ilk dəfə İsraildən başqa ölkəyə göndərilibLeyla Əliyeva İsmayıllı rayonundan paylaşım edib - VİDEO"Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ - VİDEOHörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Çernobıl faciəsindən 40 il ötür: Azərbaycanlı şahidin xatirələri - FOTO
Çernobıl faciəsindən 40 il ötür: Azərbaycanlı şahidin xatirələri - FOTO
Dünya

Çernobıl faciəsindən 40 il ötür: Azərbaycanlı şahidin xatirələri - FOTO

Bu gün
16:36
0 baxış
Paylaş:

1986-cı il aprelin 26-da baş verən Çernobıl faciəsi bəşəriyyət tarixində ən ağır texnogen qəzalardan biri kimi yadda qalıb.

1986-cı il aprelin 26-da baş verən Çernobıl faciəsi bəşəriyyət tarixində ən ağır texnogen qəzalardan biri kimi yadda qalıb.

Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən atom elektrik stansiyasında baş verən partlayış təkcə həmin ərazini deyil, geniş coğrafiyanı radiasiya ilə çirkləndirərək milyonlarla insanın həyatını dəyişib. Bu gün həmin faciədən 40 il ötür. Aradan keçən onilliklərə baxmayaraq onun izləri hələ də silinməyib.

"Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənovun hekayəsi də bu ağır tarixin bir parçasıdır. O, 1986-cı ildə Belarusda həqiqi hərbi xidmətdə olarkən qəza baş verib və zabit heyəti ilə birlikdə hadisə zonasına göndərilib.

Həmin günləri xatırlayarkən bildirir ki, əraziyə çatana qədər nə baş verdiyindən xəbərsiz olublar. Yalnız boşaldılmış kəndlər, tərk edilmiş evlər və yoxlama postlarında gördükləri mənzərə onları şübhələndirib. Buna baxmayaraq nə ilkin mərhələdə, nə də sonrakı dövrdə onlara məlumat verilməyib.

Onun sözlərinə görə, radiasiyanın təhlükəsi barədə məlumatları çox gec əldə ediblər. Əllərinə keçən broşür və məktublar vəziyyətin ciddiliyi barədə məlumat verdikcə narahatlıq artır, psixoloji gərginlik dərinləşirdi. Hətta bəzi əsgərlərin bu təzyiqə dözməyərək həyatına son qoyduğunu deyir. Ən ağır mənzərələr isə insanların gözləri önündə dəyişməsi idi - saçla birlikdə dərinin qopması, qəfil huş itirmələr və heç bir iz qoymadan yoxa çıxan insanlar...

Mirhəsən Həsənov qeyd edir ki, həmin ərazilərdə minlərlə azərbaycanlı xidmət edib və onların bir çoxu sonradan həyatını itirib. Faciənin təsirləri yalnız o dövrlə məhdudlaşmayıb, sonrakı nəsillərdə də özünü göstərib.

O, radiasiyanın təsirini elə hadisə zonasında olarkən hiss etdiyini bildirir. Bədənindəki şiddətli ağrılara baxmayaraq hərbi xidmətini yarımçıq qoymayıb. Sonradan səhhətində ciddi problemlər yaranıb, əməliyyat olunub, müalicəsini isə bu gün də davam etdirir. Azərbaycana qayıtdıqdan sonra həm fiziki, həm də psixoloji çətinliklərlə mübarizə aparıb.

Ailəsinin dəstəyi və təhsil almağa bşaşlaması ilə bu gərginliyi qismən aradan qaldırıb. 1990-cı illərdə çernobılçıların hüquqlarının qorunması istiqamətində fəaliyyətə başlayıb və hazırda sədri olduğu ictimai birliyi yaradıb.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ildə isə "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun parlamentdə qəbul olunub. Onun fikrincə, Çernobıl faciəsi insanlıq üçün ciddi bir dərsdir. Bu səbəbdən radiasiya və onun fəsadları barədə cəmiyyət daim maarifləndirilməlidir.

40 il ötməsinə baxmayaraq bu hadisə onun yaddaşında dərin və ağrılı izlər buraxıb. O, Çernobıl faciəsini yalnız şahid kimi deyil, həm də "Çernobıl Əlilləri İttifaqı"nın sədri olaraq hər gün yenidən yaşayır. Yüzlərlə insanın hekayəsi ilə tanış olduqca o dəhşətli günlərin ağrısını dəfələrlə hiss etdiyini söyləyir.

"Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov ilə fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çernobıl_AES

Oxşar Xəbərlər

"Dəmir Qübbə" ilk dəfə İsraildən başqa ölkəyə göndərilibDünya

"Dəmir Qübbə" ilk dəfə İsraildən başqa ölkəyə göndərilib

İsrail hökuməti ABŞ və İsrailin İrana qarşı əməliyyatının və ona cavab zərbələrinin ilkin dövründə "Dəmir Qübbə" hava hücumundan müdafiə batareyasını və onun operatorlarını Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.

Bu gün
17:240
Hörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladıDünya

Hörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.

Bu gün
16:520
Rusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblarDünya

Rusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblar

Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar.

Bu gün
16:240
KİV: Malinin müdafiə naziri öldürülübDünya

KİV: Malinin müdafiə naziri öldürülüb

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.

Bu gün
14:360