
Hörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladı
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.
Gundem.today IRNA agentliyinə istinadən xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri boğazın akvatoriyasında monitorinq sistemləri vasitəsilə "qaydaları pozan iki gəmini" - İsraillə əlaqəli "MSC Francesca" və "Epaminondas" gəmilərini "aşkar edib və saxlayıb".
İran tərəfinin iddiasına görə, onlar icazə olmadan boğazdan gizli keçməyə cəhd edir, naviqasiya avadanlığını qəsdən sıradan çıxarır və təkrarən pozuntular törədirdilər.
Aprelin 24-də "Tasnim" agentliyi Liberiya bayrağı altında üzən "Epaminondas" konteyner gəmisinin saxlanıldığı barədə məlumat vermişdi.
Qeyd edək ki, bu ABŞ ordusu da regionda İranın "kölgə donanması"na məxsus gəmini saxlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Dəmir Qübbə" ilk dəfə İsraildən başqa ölkəyə göndərilib
İsrail hökuməti ABŞ və İsrailin İrana qarşı əməliyyatının və ona cavab zərbələrinin ilkin dövründə "Dəmir Qübbə" hava hücumundan müdafiə batareyasını və onun operatorlarını Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.
DünyaÇernobıl faciəsindən 40 il ötür: Azərbaycanlı şahidin xatirələri - FOTO
1986-cı il aprelin 26-da baş verən Çernobıl faciəsi bəşəriyyət tarixində ən ağır texnogen qəzalardan biri kimi yadda qalıb.
DünyaRusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblar
Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar.
DünyaKİV: Malinin müdafiə naziri öldürülüb
Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.