
Çexiyada silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olundu
Çexiyada silah zavodunun yandırılması işi üzrə altı nəfər həbs olunub.
Çexiyada silah zavodunun yandırılması işi üzrə altı nəfər həbs olunub.
Gundem.today TASS-a istinadən xəbər verir ki, məhkəmə Slovakiyadan ekstradisiya edilən və Pardubitse şəhərində yerləşən "LPP Holding" şirkətinə məxsus zavodu yandırmaqda ittiham olunlardan biri ABŞ vətəndaşıdır.
Məlumata görə, iş üzrə digər həbs olunanlar Çexiya vətəndaşları və əcnəbilərdir. Onlara terror maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, yanğın martın 20-də Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən "LPP Holding" sənaye kompleksinin ərazisində baş verib. Yanğın nəticəsində sexlərdən biri məhv olub, inzibati bina zərər görüb. Zərərin onmilyonlarla avro olduğu bildirilir.
İş üzrə doqquz şübhəli saxlanılıb, onlardan altısı məhkəmə qərarı ilə həbs edilib.
"LPP Holding" ərazisində baş verən yanğına görə məsuliyyəti əvvəllər məlum olmayan "The Earthquake Faction" adlı qrup üzərinə götürüb. Qruplaşma İsrail üçün silah istehsal edən müəssisələrə hücum edəcəyini bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMacarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı
Macarıstanda müxalif "Tisa" partiyası parlament seçkisində 199 yerdən 141-ni qazanıb.
Dünyaİran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
İran ABŞ-nin dəniz blokadası tam ləğv olunana qədər Hörmüz boğazını bağlayıb.
DünyaHollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib
"Catch Me If You Can" ("Bacarsan, tut məni") filmindən tamaşaçılara tanış olan Fransa aktrisası Natali Bay 77 yaşında vəfat edib.
DünyaKiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.