
Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb
Göyçayda bıçaqlanan şəxsin vəziyyəti məlum olub.
Göyçayda bıçaqlanan şəxsin vəziyyəti məlum olub.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, aprelin 18-də, saat 01:20-də bir nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1990-cı il təvəllüdlü pasiyentə sağ bazunun, döş qəfəsinin, qarının ön divarının kəsilmiş, deşilmiş yaraları, sol göz və göz yuvası ətrafının əzilmiş yarası və hematoması, sol çiyin nahiyəsinin səthi sıyrığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent əməliyyata qəbul olunub.
Müalicəsi Reanimasiya, Anesteziologiya və İntensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.
Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsicə alətlə xəsarət yetirib.
Hadisə nəticəsində E.Umudov xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda gəncin FACİƏLİ ölümünün TƏFƏRRÜATI məlum olub
Ağdamda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı məlum olub.
HadisəAğdamda gənc FACİƏLİ şəkildə öldü
Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.
HadisəXırdalanda doqquz yaşlı uşağı maşın vurdu
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
HadisəGöyçayda 36 yaşlı şəxs bıçaqlanıb, şübhəli saxlanılıb
Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.