Son dəqiqə
Çempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarı"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirirYeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan etdiBağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO"Bank Respublika"da POZUNTU AŞKARLANDIPolkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Cəza niyə bəzən ağır, bəzən yüngül təsiri bağışlayır? – Hakimdən İZAH
Cəza niyə bəzən ağır, bəzən yüngül təsiri bağışlayır? – Hakimdən İZAH
Cəmiyyət

Cəza niyə bəzən ağır, bəzən yüngül təsiri bağışlayır? – Hakimdən İZAH

Bu gün
11:48
0 baxış
Paylaş:

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova cəmiyyətin məhkəmə qərarlarına münasibəti və cəza siyasətində balans məsələləri barədə fikirlərinə dair şərh verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova cəmiyyətin məhkəmə qərarlarına münasibəti və cəza siyasətində balans məsələləri barədə fikirlərinə dair şərh verib.

Gundem.today xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Hakimin sözlərinə görə, bəzi hallarda cəmiyyət verilən cəzanı ya həddindən artıq yüngül, ya da çox ağır hesab edir. Bu yanaşmanın emosional reaksiyalardan qaynaqlandığını qeyd edən A. Qurbanova bildirib ki, məhkəmələr qərar qəbul edərkən hisslərə deyil, hüququn tələblərinə əsaslanır.

"Cəmiyyət hadisələrə daha çox ağrı, qəzəb, empatiya və qorxu hissləri ilə yanaşır. Məhkəmənin əsas vəzifəsi isə cəmiyyətin gözləntiləri ilə hüququn tələbləri arasında düzgün balansı qorumaqdır", - deyə hakim vurğulayıb.

A.Qurbanovanın sözlərinə görə, bu balansın əsas dayaqlarından biri qanunilik prinsipidir. Məhkəmə istənilən cəzanı tətbiq edə bilməz və yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə qərar qəbul edir. Həmin çərçivə isə cəmiyyətin maraqları nəzərə alınmaqla müəyyənləşdirilir.

Hakim bildirib ki, cəza təyin edilərkən əsas prinsiplərdən biri də ədalət və mütənasiblikdir. O qeyd edib ki, məhkəmə yalnız nəticəyə deyil, cinayətin törədilmə şəraitinə, təqsirin formasına, şəxsin əvvəlki həyat tərzinə və hadisədən sonrakı davranışına da hüquqi qiymət verir. Məhz bu amillər cəzanın həqiqi ölçüsünü müəyyən edir.

Hakim həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, cəza təyin edilərkən formal yanaşmaya yol verilməməli, hər bir iş fərdi qaydada araşdırılmalıdır.

A.Qurbanovanın fikrincə, bəzi hallarda məhkəmə şəxsin ilk dəfə cinayət törətməsini, peşmançılıq hissini və vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq daha yüngül cəza tətbiq edə bilər. Digər hallarda isə cinayətin planlaşdırılması, residiv halları və əməlin yüksək ictimai təhlükəliliyi daha sərt hüquqi nəticələrə səbəb olur.

Hakim nəzərə çatdırıb ki, məhkəmə qərarlarının əsaslandırılması ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır:

"Əgər hökm aydın, məntiqli və hüquqi baxımdan əsaslandırılmışdırsa, cəmiyyət onu daha asan qəbul edir. İnsanlar yalnız nəticəni deyil, həmin nəticənin arxasında duran hüquqi səbəbləri də görməlidir".

Sonda A.Qurbanova bildirib ki, hüquqi dövlətdə ədalət emosiyalarla deyil, qanun və sübutlarla müəyyən olunur:

"Məhkəmə cəzanı cəmiyyətin emosiyalarına görə deyil, qanunun və ədalətin tələblərinə uyğun təyin edir. Əsl balans da məhz burada qurulur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#məhkəmə_qərarları#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#hakim_Aygün_Qurbanova#cəza_siyasəti#qanunilik_prinsipi#hüquqi_dövlət#ədalət_və_mütənasiblik#ictimai_rəy#cəza_təyini#hüquqi_qiymətləndirmə

Oxşar Xəbərlər

Birinci sinfə 100 minə yaxın şagird qəbul edilibCəmiyyət

Birinci sinfə 100 minə yaxın şagird qəbul edilib

"Birinci sinfə artıq 100 minə yaxın şagird qəbul edilib".

Bu gün
12:360
Azərbaycanda heyrətamiz göstərici: Bir günə 95 min uşaqCəmiyyət

Azərbaycanda heyrətamiz göstərici: Bir günə 95 min uşaq

"Birinci sinfə artıq 100 minə yaxın şagird qəbul edilib".

Bu gün
12:360
Sabah 22 dərəcə isti olacaq - 08.05.2026Cəmiyyət

Sabah 22 dərəcə isti olacaq - 08.05.2026

Mayın 8-də gözlənilən atmosfer şəraiti açıqlanıb.

Bu gün
12:320
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan varCəmiyyət

Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.

Bu gün
12:160