Son dəqiqə
"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılırErmənistan Araz çayı ilə bağlı yeni layihə hazırlayırAgentlik sədrinin müşaviri işdən çıxdı - FOTONazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO - VİDEOVilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO - VİDEOSəudiyyə Ərəbistanı ABŞ-nin "Azadlıq layihəsi" əməliyyatını dəstəkləməyib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB - FOTO
Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB - FOTO
Kriminal

Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB - FOTO

Bu gün
12:44
0 baxış
Paylaş:

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.

Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.

Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər.

Fotoda Mayis Orucəliyev

Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilir.

Qeyd edək ki, polkovnik Orucəliyev uzun müddət Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovun müavini işləyib. 2022-ci ildə 57 yaşında xəstəlik səbəbindən vəfat edib.

Xatırladaq ki, analoji hal müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədovla da bağlı yaşanmışdı. O və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunublar. F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edib, məhkəmə ölümündən 5 il sonra ittiham edilən generalın cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib. Mərhumun üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkandakı bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.

Fotoda Fuad Məmmədov

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Mayis_Orucəliyev#Hərbi_Hava_Qüvvələri#mənimsəmə#korrupsiya_cinayəti#Hərbi_Prokurorluq#əmlak_müsadirəsi#cinayət_işi#Müdafiə_Nazirliyi#polkovnik#Ramiz_Tahirov#Fuad_Məmmədov.

Oxşar Xəbərlər

Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandıKriminal

Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Bu gün
13:240
Ali Məhkəmə rüşvətə görə həbs edilən sabiq baş həkimlə bağlı qərar verdiKriminal

Ali Məhkəmə rüşvətə görə həbs edilən sabiq baş həkimlə bağlı qərar verdi

Gəncə Dəmir Yolu Xəstəxanasının külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan sabiq baş həkimi Vidadi Seyidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
09:400
Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜATKriminal

Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT

Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına... Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.

Bu gün
21:120
Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiKriminal

Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildi

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
20:020