
Çimayev və Striklendin mətbuat konfransı UFC-də izlənmə rekordu qırdı
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən UFC-nin orta çəki dərəcəsində çempionu Hamzat Çimayev və ABŞ-li Şon Striklendin mətbuat konfransı əsl ajiotaj yaradıb.
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən UFC-nin orta çəki dərəcəsində çempionu Hamzat Çimayev və ABŞ-li Şon Striklendin mətbuat konfransı əsl ajiotaj yaradıb.
Gundem.today xəbər verir ki, canlı yayımı 204 mindən çox tamaşaçı izləyib ki, bu da Konor Makqreqor və Dastin Puaryenin üçüncü döyüşündən bəri UFC mətbuat konfranslarında qeydə alınan ən böyük auditoriyadır.
Xatırladaq ki, bu möhtəşəm göstəriciyə baxmayaraq, mütləq rekord hələ də Həbib Nurməhəmmədov və Konor Makqreqor qarşıdurmasına məxsusdur.
Qeyd edək ki, Çimayev və Striklend arasındakı bu gərgin döyüş mayın 9-dan 10-na keçən gecə ABŞ-nin Nyuark şəhərində baş tutacaq turnirin əsas hadisəsi olacaq.
Hamzat sonuncu döyüşündə cənubi afrikalı atlet Drikus dü Plessini hakimlərin yekdil qərarı ilə məğlub edərək çempionluq titulunu qazanıb. Striklend isə öz növbəsində son qarşılaşmasında Entoni Ernandesi nokauta salmağı bacarıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanRəşad Sadıqov "Sabah"la final matçından danışdı
"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq".
İdman"Zirə" ilə həlledici duel: Valdas Dambrauskas azarkeşlərə hücum futbolu vəd etdi
"Bizim üçün Misli Premyer Liqasının çempionu olmaq böyük mükafat idi. Ancaq ölkə kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq".
İdman"Formula-1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub
Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.
İdman"Real Madrid"də Kilian Mbappeyə qarşı 40 milyon imza toplanıb
"Real Madrid" azarkeşləri Kilian Mbappenin komandadan qovulması üçün petisiya başladıb.