
"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib - FOTO
Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub.
Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub.
Ümumilikdə ikinci dalğadan 30 nəfər məzun olub, onların 37%-ni xanımlar təşkil edir. Fərqli komandalar 6 startap üzrə layihələrini təqdim edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyətinin ölkədə innovativ insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb:
"Mərkəz İsrail-Azərbaycan texnoloji əməkdaşlığının bir simvolu olaraq qabaqcıl təcrübənin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Proqramın iştirakçıları aparıcı ekspertlərlə işləyir və onların mentorluğundan faydalanırlar".
Daha sonra məzunların layihə təqdimatları baş tutub. Məzunlar süni intellekt və kosmik texnologiyalar əsasında hazırladıqları məhsul və xidmətlər haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, "Vistar" Mükəmməllik Mərkəzində "İnsan kapitalının inkişafı" və "Peyk innovasiyaları və tətbiqi" proqramlarına 2025-ci ilin noyabr ayında başlanıb. 2026-cı ilin yanvar ayında birinci dalğadan 32 nəfər məzun olmuşdur. "Vistar" Mükəmməllik Mərkəzinin məqsədi innovasiya, süni intellekt, enerji və kosmik texnologiyalar kimi sahələrdə bilik və bacarıqların artırılması, startapların inkişafı və onların beynəlxalq bazarlara çıxışını təşviq etməkdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"PAŞA Holding" struktur transformasiyası çərçivəsində "PAŞA Ventures Company" MMC-ni təsis edib
"PAŞA Holding" davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində "PAŞA Ventures Company" MMC-nin yaradıldığını elan edib. Hüquqi baxımdan əvvəlki "PAŞA Management Company" əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. "PAŞA Ventures Company" MMC-nin idarəçiliyi altında "Saffron Restaurant Group", "Blue Planet" p
DigərAdriana Lima və Alessandra Ambrosio "Trendyol" ilə əməkdaşlığa başlayıb - FOTO
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol"un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal ink
Digər"HONOR" flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası - FOTO
Qlobal texnologiya brendi "HONOR Azərbaycan"da premium orta seqmentdə inqilab yaradan "HONOR 600" seriyasını təqdim etdi. Yeni cihazlar qabaqcıl AI imkanlarını, flaqman kamerasını və rekord həcmdə batareya ömrünü birləşdirərək istifadəçilərə yalnız ən yüksək modellərdə mövcud olan texnologiya səviyyəsini təklif edir.
DigərAHİK-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.