
Çin İrana müasir radiolokasiya sistemləri verir
ABŞ Hərb Nazirliyinin (Pentaqon) kəşfiyyatı Çinin İrana müasir radiolokasiya sistemlərinin tədarükünü nəzərdən keçirdiyi qənaətinə gəlib.
ABŞ Hərb Nazirliyinin (Pentaqon) kəşfiyyatı Çinin İrana müasir radiolokasiya sistemlərinin tədarükünü nəzərdən keçirdiyi qənaətinə gəlib.
Gundem.today xəbər verir ki, bu barədə "CBS News" vəziyyətdən xəbərdar olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən texnologiya alçaqdan uçan pilotsuz uçuş aparatlarını və qanadlı raketləri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. Həmin qurğular İran ordusunun hava hücumundan müdafiə qabiliyyətini də əhəmiyyətli şəkildə gücləndirə bilər.
Xəbərdə qeyd olunur ki, Çinin İrana müasir radiolokasiya sistemlərini verib-vermədiyi bəlli deyil. Lakin kəşfiyyatın nəticələri Vaşinqtonun narahatlığını təsdiqləyir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKüveyt hava məkanı ilə bağlı qərar
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.
DünyaTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.
DünyaHörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi
İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.