
Çin Tayvanla əlaqələrin möhkəmləndirilməsi üzrə siyasi tədbirlər paketi təqdim edib
Çin hökuməti Tayvanla mübadilə və əməkdaşlığı aktivləşdirməyə yönəlmiş 10 siyasi tədbirdən ibarət paket təqdim edib.
Çin hökuməti Tayvanla mübadilə və əməkdaşlığı aktivləşdirməyə yönəlmiş 10 siyasi tədbirdən ibarət paket təqdim edib.
Gundem.today xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Təşəbbüs Tayvan boğazının hər iki tərəfi arasında münasibətlərin sülh yolu ilə inkişafına, habelə qohumluq əlaqələrinin və hər iki tərəfdəki soydaşların rifahının möhkəmləndirilməsinə xidmət etməyə hesablanıb.
"Kontinental Çin Tayvan boğazı üzərindən müntəzəm birbaşa reyslərin, o cümlədən Urumçi, Sian, Harbin, Kunmin və Lançjou şəhərlərinə və əks istiqamətdə reyslərin tam bərpasını sürətləndirəcək", - deyə məlumatda bildirilir.
Futszyan əyalətindəki infrastruktur layihələrinə xüsusi diqqət yetirilir. Hökumət sahilboyu rayonları Kinmen və Matsu adaları ilə su, elektrik və qaz resurslarından birgə istifadni təşviq etmək niyyətindədir. Uyğun şərait yarandıqda, bu əraziləri birləşdirən dəniz körpülərinin tikintisinə başlanacaq.
"1992-ci il Konsensusuna sadiqliyi və "Tayvanın müstəqilliyinə" qarşı çıxmağı nəzərdə tutan ümumi siyasi mövqeyə əsaslanan kommunikasiya mexanizmi yaradılacaq. Bu, karantin standartlarına cavab verən Tayvan kənd təsərrüfatı və balıq məhsullarının materikə idxalını asanlaşdırmaq məqsədi daşıyır", - deyə materialda vurğulanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaXristofor Kolumbun mübahisələrə səbəb olan evi - Məşhur səyyahın vətənindən REPORTAJ
Genuya İtaliyanın şimal-qərbindəki böyük liman şəhəri və Liquriya vilayətinin paytaxtıdır. Şəhər çoxsaylı tarixi abidələrə və memarlıq incilərinə malikdir və onların çoxu UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
DünyaSəudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib
Səudiyyə Ərəbistanı İranın zərbələri nəticəsində dəyən ziyanı qiymətləndirdikdən bir neçə gün sonra "Şərq-Qərb" boru kəmərinin işini sutkada təxminən yeddi milyon barel neft həcmində tam bərpa edib.
DünyaTramp İranı blokada ilə hədələdi
İranla baş tutmayan sövdələşmədən sonra ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında jurnalist Con Solomonun "İran geri çəkilməsə, Trampın ehtiyat kozırı: dəniz blokadası adlı məqaləsini paylaşıb.
Dünya"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib
"WhatsApp" "Telegram"ın təsisçisi Pavel Durov tərəfindən messencerin təhlükəsizliyi ilə bağlı səsləndirilən ittihamlara cavab verib.