
"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib
"WhatsApp" "Telegram"ın təsisçisi Pavel Durov tərəfindən messencerin təhlükəsizliyi ilə bağlı səsləndirilən ittihamlara cavab verib.
"WhatsApp" "Telegram"ın təsisçisi Pavel Durov tərəfindən messencerin təhlükəsizliyi ilə bağlı səsləndirilən ittihamlara cavab verib.
Gundem.today xəbər verir, P.Durov aprelin 11-də "X" sosial şəbəkəsində "istifadə rahatlığı və təhlükəsizliyi eyni anda maksimum səviyyədə optimallaşdırmaq mümkün deyil" deyə yazmışdı.
Onun sözlərinə görə, bu, "WhatsApp"ın şifrələnməmiş ehtiyat nüsxələrindən mesajların 95%-nin sızması və ya "Signal" vasitəsilə bildirişlər üzərindən mesajların açıqlanması kimi kompromislərə gətirib çıxarır.
Buna cavab olaraq "WhatsApp" nümayəndələri bildirib ki, bu açıqlama "Telegram" haqqında çox şeyi izah edir və onların bu iki amili (rahatlıq və təhlükəsizlik) birləşdirməyə belə cəhd etmədiyini göstərir.
Şirkət qeyd edib ki, "WhatsApp" şəxsi və qrup mesajları üçün standart olaraq "istifadəçidən-istifadəçiyə" ("end-to-end") şifrələmə sistemi təmin edir və şifrələnmiş ehtiyat nüsxələr də mövcuddur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇin Tayvanla əlaqələrin möhkəmləndirilməsi üzrə siyasi tədbirlər paketi təqdim edib
Çin hökuməti Tayvanla mübadilə və əməkdaşlığı aktivləşdirməyə yönəlmiş 10 siyasi tədbirdən ibarət paket təqdim edib.
Dünyaİsrail ABŞ-İran danışıqları fonunda Livana zərbə endirib
İsrail Müdafiə Ordusu Livana gecə zərbəsi zamanı raket qurğusunun məhv edildiyini bildirib.
Dünyaİran ABŞ-nin iki şərtini qəbul etmədi: Vens Tehrana son təklifini verdi
İran ABŞ-nin Hörmüz boğazı və nüvə energetikası ilə bağlı şərtlərini qəbul etməyib.
DünyaHaitidə ekskursiya zamanı izdihamda onlarla insan ölüb
Haitinin şimalındakı kənd ərazisində faciə baş verib. Qədim Laferyer qalası yaxınlığında yaşanan kütləvi izdiham azı 30 nəfərin həyatına son qoyub.