
Çin və Pakistan Yaxın Şərqdəki vəziyyətin həlli üzrə təşəbbüs irəli sürüblər
Çin və Pakistan Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi ilə bağlı beş bənddən ibarət təşəbbüs irəli sürüblər.
Çin və Pakistan Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi ilə bağlı beş bənddən ibarət təşəbbüs irəli sürüblər.
Gundem.today xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Təşəbbüsün mətnində qeyd olunur ki, İranın və Fars körfəzi ölkələrinin suverenliyi, ərazi bütövlüyü, milli müstəqilliyi və təhlükəsizliyi təmin edilməlidir. Münaqişənin həlli üçün yeganə effektiv vasitə isə dialoq və diplomatiyadır.
Birinci bənddə tərəflər dərhal hərbi əməliyyatların dayandırılmasına çağırılır. İkinci bənddə mümkün qədər tez sülh danışıqlarına başlanmasının vacibliyi vurğulanır. Üçüncü və dördüncü bəndlərdə mülki obyektlərin, eləcə də gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının zəruriliyi qeyd edilir. Sonuncu bənddə isə BMT Nizamnaməsinin üstünlüyünün təmin edilməsinə çağırış olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAbbas Əraqçı Stiv Uitkoffla birbaşa təmasların olduğunu açıqlayıb
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa təmasların bərpa olunduğunu bildirib.
DünyaAzərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 92%-ə çatıb - HESABAT
Azərbaycanın erkən uşaq təhsili sahəsində əldə etdiyi nailiyyətlər UNESCO-nun 2026-cı il üzrə Qlobal Təhsil Monitorinqi (GEM) hesabatında qeyd olunub.
DünyaSEPAH ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbə endirdiyini bəyan edib
SEPAH ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbə endirdiyini açıqlayıb.
Dünyaİsrail Fransa ilə silah ticarətini dayandırıb
İsrail Fransa ilə silah ticarətini dayandırıb.