
Çində 14 yaşlı şagird aviasiya mühərrikini ev şəraitində yığıb
Çində 14 yaşlı məktəbli ev şəraitində reaktiv mühərrik yığıb.
Çində 14 yaşlı məktəbli ev şəraitində reaktiv mühərrik yığıb.
Gundem.today "Oddity Central" nəşrinə istinadən xəbər verir ki, Çe Tszinqan hələ uşaq bağçası yaşlarından kağız təyyarələrlə eksperimentlər apararaq aviasiyaya maraq göstərib.
Valideynlərinin sözlərinə görə, o, hər gün aerodinamika və əlaqəli fənlər üzrə ədəbiyyat oxumağa saatlarla vaxt sərf edib. Artıq ibtidai siniflərdə oxuyarkən məktəbli riyazi analiz və layihələndirmə kimi mürəkkəb mövzuları mənimsəməyə, həmçinin xüsusi mühəndislik proqramları ilə işləməyə başlayıb. Daha sonra o, biliklərini praktikada tətbiq etmək qərarına gəlib və öz reaktiv mühərrikini yaratmağı qarşısına məqsəd qoyub.
Yeniyetmə hazır çertyojlardan istifadə etməkdən imtina edərək, layihələndirməyə sıfırdan başlayıb: o, lazımi detalları hazırlayıb, 2D və 3D modellər yaradıb, həmçinin hava axınlarının temperatur və təzyiq parametrlərini hesablayıb. İşin gedişatını sosial şəbəkələrdə paylaşan məktəbli həvəskarlar icmasından böyük dəstək alıb.
Altı ay sonra Çe mühərrikin ilk prototipini yığsa da, konstruksiya və yanacaq sistemindəki problemlər səbəbindən sınaqlar uğursuz olub.
Buna baxmayaraq, yeniyetmə ruhdan düşməyib və hazırda qurğunun təkmilləşdirilmiş versiyasını hazırlayır. Onun sözlərinə görə, uğursuzluq təlimin vacib mərhələsi və irəli getmək üçün əsas motivasiya mənbəyidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Rosatom" dünyada AES reaktorunda radiotoksik tullantıları yandıran ilk şirkət oldu
Rusiyanın "Rosatom" şirkəti dünyada ilk dəfə olaraq atom elektrik stansiyasının (AES) reaktorunda işlənmiş nüvə yanacağında olan çox təhlükəli radioaktiv maddələrin "yandırılması" prosesini uğurla həyata keçirib.
Dünya"Ford"un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır
"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.
DünyaAvropada gənclər orta hesabla 26 yaşında valideynlərdən ayrılırlar - STATİSTİKA
Avropa İttifaqında (Aİ) gənclər 2025-ci ildə orta hesabla 26.3 yaşında valideyn evindən ayrılıblar.
DünyaLukaşenko motosiklet həvəsindən danışdı - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko motosikletçi olduğunu və "Harley-Davidson" sürdüyünü bildirib.