
"Ford"un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır
"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.
"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.
Gundem.today xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, sözügedən avtomobillərdə günəşdən qoruyucu və ya salonun tavan örtüyündəki naqillərin zədələnmə ehtimalı var. Bu nasazlıq qısaqapanmaya, nəticədə isə yanğın təhlükəsinə səbəb ola bilər. Dilerlər müvafiq yerlərdəki naqilləri yoxlayacaq və ehtiyac olarsa, onları əvəzləyəcəklər.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri "Ford"un bazar dəyəri (kapitallaşması) 2.6% azalaraq 51 milyard dollara düşüb. Şirkət bundan əvvəl də transmissiyanın idarəetmə modulundakı proqram təminatı ilə bağlı problemlərə görə ABŞ-də təxminən 1.4 milyon "F-150" markalı avtomobilini geri çağırmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də kimyəvi zavodda qəza: Ölənlər və xəsarət alanlar var
ABŞ-nin Qərbi Virciniya ştatında kimyəvi maddələrin istehsal olunduğu sənaye müəssisəsində baş vermiş qıza nəticəsində iki nəfər həlak olub, 19 nəfər müxtəlif xəsarətlər alıb.
DünyaABŞ-nin hərbi dəniz qüvvələri naziri istefa verdi
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri Con Felan vəzifəsindən ayrılıb.
Dünya"Rosatom" dünyada AES reaktorunda radiotoksik tullantıları yandıran ilk şirkət oldu
Rusiyanın "Rosatom" şirkəti dünyada ilk dəfə olaraq atom elektrik stansiyasının (AES) reaktorunda işlənmiş nüvə yanacağında olan çox təhlükəli radioaktiv maddələrin "yandırılması" prosesini uğurla həyata keçirib.
DünyaAvropada gənclər orta hesabla 26 yaşında valideynlərdən ayrılırlar - STATİSTİKA
Avropa İttifaqında (Aİ) gənclər 2025-ci ildə orta hesabla 26.3 yaşında valideyn evindən ayrılıblar.