Çinin yeni "Kinetica - 2" raketinin sınaq uçuşu uğurlu oldu
Dünya

Çinin yeni "Kinetica - 2" raketinin sınaq uçuşu uğurlu oldu

İndi
20:24
0 baxış
Paylaş:

Çinin "CAS Space" korporasiyası "Kinetica - 2" adlı daşıyıcı raketinin ilk sınaq uçuşunu müvəffəqiyyətlə icra edib.

Çinin "CAS Space" korporasiyası "Kinetica - 2" adlı daşıyıcı raketinin ilk sınaq uçuşunu müvəffəqiyyətlə icra edib.

Gundem.today xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat paylaşıb.

Raket Pekin vaxtı ilə 19:00 (Bakı vaxtı ilə 15:00 - red.) radələrində Tszyutsyuan Peyk Buraxılışı Mərkəzində yerləşən Dunfen kommersiya start kompleksindən fəzaya qalxıb. "Kinetica - 2" vasitəsilə üç ədəd kosmik aparat - "Xinzhengcheng - 01", "Xinzhengcheng - 02" və "Tianshi - 01" orbitə çıxarılıb.

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) təqdim etdiyi məlumata əsasən, "Kinetica - 2" 4.2 metr diametrə malik ikimərhələli raket sistemidir. Uzunluğu 52 metr təşkil edən bu daşıyıcı Yerin aşağı orbitinə 12 tona kimi faydalı yük çatdırmaq imkanındadır.

Çin hökuməti öz milli kosmik layihəsini sürətlə genişləndirir, meteorologiya, rabitə və naviqasiya peykləri yaradır, həmçinin Ayın öyrənilməsi məqsədilə yeni texnologiyalar üzərində işləyir. Dövlətin dəstəyi ilə çinli alimlər Mars və asteroidlərin tədqiqat perspektivlərini dəyərləndirirlər. Orbitdə beynəlxalq əməkdaşlıqlar üçün də açıq olan Çin kosmik stansiyası fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Çin 2025-ci il ərzində 92 kosmik uçuş reallaşdıraraq şəxsi rekordunu yeniləyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çin#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Milli_Aeronavtika_və_Kosmik_Tədqiqatlar_İdarəsi_(NASA)

Oxşar Xəbərlər