
DÇ-2026-ya hazırlıq: FIFA niyə Kanadadakı hotelləri boşaldır?
FIFA 2026-cı il dünya çempionatı üçün Vankuver və Toronto şəhərlərində turnir üçün əvvəlcədən ayrılmış hotel otaqlarının təqribən 70-80 faizinin rezervasiyasını ləğv edib.
FIFA 2026-cı il dünya çempionatı üçün Vankuver və Toronto şəhərlərində turnir üçün əvvəlcədən ayrılmış hotel otaqlarının təqribən 70-80 faizinin rezervasiyasını ləğv edib.
Gundem.today "The Globe and Mail" qəzetinə istinadən xəbər verir ki, Vankuver Hotel Assosiasiyasının rəhbəri Pol Houz bildirib ki, irimiqyaslı yarışlar ərəfəsində təşkilatçıların kvotaları tənzimləməsi və bənzər ləğvlər "standart təcrübə" hesab olunur.
Buna baxmayaraq, o, indiki halda ləğvlərin həcminin gözləniləndən qat-qat yüksək olduğunu vurğulayıb. Öz növbəsində, Toronto Hotel Assosiasiyasının prezidenti Sara Engel bütün hotel sahiblərinin FIFA-nın bu qərarından narazı qaldığını diqqətə çatdırıb. Bütün bunlara rəğmən, həm Houz, həm də Engel boşalan otaqların boş qalmayacağına inanırlar. Onların sözlərinə görə, iyun və iyul ayları Vankuver və Torontoda ənənəvi olaraq "yüksək turizm mövsümü" olduğundan, həmin yerlər dərhal digər turistlər tərəfindən tutulacaq.
Xatırladaq ki, bir müddət əvvəl "The Independent" qəzeti də FIFA-nın oxşar addımı barədə yazıb. Nəşrin məlumatına görə, 2026-cı il dünya çempionatı çərçivəsində Filadelfiyada 2 000, Mexiko şəhərində isə 800 hotel otağının rezervasiyası ləğv edilib.
Qeyd edək ki, futbol üzrə növbəti Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFransa millisinin sabiq üzvü "Qarabağ"ın yolunda: Keçid an məsələsidir
Kiprin "Omoniya" klubunun şərəfini qoruyan Jali Mouaddib "Qarabağ"la transfer danışıqlarında son mərhələyə qədəm qoyub.
İdmanEnzo Fernandes üçün transfer savaşı: "Əl-İttihad" PSJ və "Real Madrid"ə qarşı
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" transfer bazarında daha bir səs-küylü keçidə hazırlaşır. Klub "Çelsi"nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes üçün rəsmi təklif göndərməyi planlaşdırır.
İdmanUEFA Millətlər Liqasında pley-off oyunları başlayır
Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçiriləcək.
İdman"Formula-1"də qalmaqal: Maks Ferstappen jurnalisti mətbuat konfransından qovdu
"Formula-1" üzrə dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen Yaponiyada keçiriləcək 2026-cı il dünya çempionatının üçüncü mərhələsi ərəfəsində diqqətçəkən addım atıb. O, mətbuat konfransının keçirildiyi zalda "The Guardian" qəzetinin jurnalisti Jill Riçardsın olmasını əsas gətirərək, mətbuat konfransına başlamaqdan qəti şəkildə imtina edib.