
Dənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olub
2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb.
2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb.
Gundem.today xəbər verir ki bu barədə BMT-nin strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilir ki, bu rəqəm 2024-cü illə müqayisədə (9 200 ölüm) bir qədər az olsa da, son onilliyin ən yüksək göstəricilərindən biri olaraq qalır.
Məlumata əsasən, qeyri-qanuni miqrantların mütləq əksəriyyəti dəniz yolu ilə istədikləri sahilə çatmağa çalışarkən həyatlarını itiriblər. Ən ölümcül yol Liviya və Tunisdən Aralıq dənizi vasitəsilə İtaliyaya gedən marşrutdur. Ötən il bu yolda 2 100 miqrant həlak olub.
Daha sonra Atlantik marşrutu - Qərbi Afrikadan İspaniyanın tərkibindəki Kanar adalarına gedən yol gəlir. Burada 2025-ci ildə həlak olanların və itkin düşənlərin sayı təxminən 1 000 nəfər təşkil edib. Təhlükəliliyinə görə üçüncü yerdə isə Afrika Buynuzundan Bab-əl-Məndəb boğazı vasitəsilə Yəmən və Səudiyyə Ərəbistanına uzanan marşrutdur - burada həlak olanların və itkin düşənlərin sayı 992 nəfərdir.
Ümumilikdə 2025-ci ildə Afrikadan digər qitələrə keçməyə çalışarkən 4 767 qanunsuz miqrant həlak olub və ya itkin düşüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLukaşenko motosiklet həvəsindən danışdı - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko motosikletçi olduğunu və "Harley-Davidson" sürdüyünü bildirib.
DünyaÇində 14 yaşlı şagird aviasiya mühərrikini ev şəraitində yığıb
Çində 14 yaşlı məktəbli ev şəraitində reaktiv mühərrik yığıb.
DünyaYeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?
Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.
DünyaÇernobılın 40 illik "mirası": Avstriyada hələ də yüksək radiasiya aşkarlanır
Avstriyanın Yuxarı Avstriya federal əyalətində Çernobıl fəlakətinin izlərinə bu gün də rast gəlinir.