Son dəqiqə
"Mənə dedi ki, gəl, səhnədə öl" - VİDEOİranda Hark adasında güclü partlayışDünya çempionatı öncəsi Argentina üçün pis xəbərRəşad Eyubov: "Üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir"Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansı cəza gözləyir? - VİDEOAzərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Deputat: "Ermənistan Konstitusiyası dəyişmədən sülh sazişi imzalana bilməz"
Deputat: "Ermənistan Konstitusiyası dəyişmədən sülh sazişi imzalana bilməz"
Siyasət

Deputat: "Ermənistan Konstitusiyası dəyişmədən sülh sazişi imzalana bilməz"

18:36
0 baxış
Paylaş:

"Siyasi müdrikliyin və məsuliyyətli dövlət davranışının nümunəsi olaraq Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edib və məğlub tərəfə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bərabərhüquqlu sülh təklif edib. Bu uzaqgörən yanaşma Cənubi Qafqazda regional dinamikanı dəyişib, region daxilində və xaricində sülh və təhlükəsizliyə təhdidləri aradan qaldırıb və geniş regional əməkdaşlıq üçün ye

"Siyasi müdrikliyin və məsuliyyətli dövlət davranışının nümunəsi olaraq Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edib və məğlub tərəfə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bərabərhüquqlu sülh təklif edib. Bu uzaqgörən yanaşma Cənubi Qafqazda regional dinamikanı dəyişib, region daxilində və xaricində sülh və təhlükəsizliyə təhdidləri aradan qaldırıb və geniş regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb".

Bu fikirləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, bu çərçivədə Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub, gələcək ikitərəfli saziş üçün əsas prinsipləri irəli sürüb, ilk sülh layihəsini təqdim edib və sənəd üzərində danışıqların irəliləməsini ardıcıl şəkildə təşviq edib:

"Bu proses 2022-ci ilin oktyabrından 2025-ci ilin mart ayınadək davam edib və tərəflər danışıqları yekunlaşdırıblar. Əhəmiyyətli irəliləyiş 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutan Vaşinqton Sammiti zamanı əldə edilib. 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıblar. Tərəflər təsdiqləyiblər ki, münaqişə keçmişdə qalıb və onun yenidən nəzərdən keçirilməsi cəhdlərinə yol verilməyəcək. Bundan sonra münasibətlər bu reallıq əsasında yaxşı qonşuluq prinsipləri üzərində qurulacaq.

Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Sülhün və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş"in mətnini paraflayıblar. Nəticədə faktiki olaraq sülh bərqərar olub, Azərbaycan və Ermənistan son onilliklərin ən sabit və təhlükəsiz dövrünü yaşamağa başlayıb. Hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində konkret addımlar atılıb".

Deputat qeyd edib ki, Ermənistana yük daşımaları üzrə bütün məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstandan taxılın və Rusiyadan əlavə yüklərin Ermənistana çatdırılması, Azərbaycanda istehsal olunan neft məhsullarının bu ölkəyə ixracı, Bakı və İrəvan arasında vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, həmçinin Qəbələdə dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyaların 12-ci iclasının keçirilməsi göstərir ki, sülh artıq nəzəri anlayış deyil, praktikada reallaşan bir prosesdir:

"Azərbaycan sülh gündəliyinin müəllifi kimi bu kursa sadiq qalır və Ermənistandan da eyni siyasi iradə və məsuliyyət gözləyir. Bu baxımdan normallaşma prosesinin yekunlaşdırılması üçün götürülən öhdəliklərin vicdanla və vaxtında yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır. Ermənistan Konstitusiyasında hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması sazişin imzalanmasına, ratifikasiyasına və geri dönməz sülhün təmin olunmasına imkan verəcək.

Ermənistan Konstitusiyasının preambulasında qeyd edilən və istinad olunan Müstəqillik Aktı açıq-aşkar bəyan edir ki, Azərbaycanın suveren ərazisi olan Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. "Miatsuma" çağırışları olan Konstitusiya dəyişmədən sülh müqaviləsi imzalana bilməz. Ermənistanın rəsmi mövqeyi də hazırda bu yöndədir.

Ötən il Vaşinqtonda razılaşdırılan məsələlərə sadiqlik olmalıdır. Ermənistan daxilində bəzi siyasətçilər bunu anlamaqda və sülhü həzm etməkdə çətinlik çəkirlər. Bu cür təxribatçı çıxışlar isə keçmiş narrativləri yenidən oyatmaq məqsədi daşıyır və həssas olan sülh prosesinə ziyan vurur. Prezident İlham Əliyevə Münhen Təhlükəsizlik Konfransı zamanı verilən təxribatçı sual da bu yöndə olub. İddia edilən Konstitusiya Məhkəməsinin qərarı konstitusiyadan üstün ola bilməz.

Prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz sülhü erməni xalqı ilə bağlamaq istəyirik. Bu o deməkdir ki, xalq öz seçimini etməlidir, onlar regionda sabitlik istəyirsə, sülhə səs verməlidirlər, nəinki revanşistlərə".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ermənilərin_təxribatı#Donald_Tramp#Cənubi_Qafqaz#Konstitusiya_Məhkəməsi#Rusiya#Münhen_Təhlükəsizlik_Konfransı

Oxşar Xəbərlər

Hindistana qarşı yeni geosiyasi cəbhə? - Çin-Pakistan ittifaqı diqqət mərkəzindəSiyasət

Hindistana qarşı yeni geosiyasi cəbhə? - Çin-Pakistan ittifaqı diqqət mərkəzində

Hindistanla yaşadığı gərginlik fonunda Pakistanın qüdrətli strateji müttəfiqi formalaşıb. Rəsmi İslamabad qonşu Çinlə münasibətləri inkişaf etdirir. Ölkələr arasında qarşılıqlı səfərlər artıb, Pekin açıq və ya dolayı şəkildə İslamabada dəstək verir. İki ölkə arasında münasibətlər artıq beynəlxalq siyasətdə "dəmir qardaşlıq" və "hər cür şəraitdə strateji tərəfdaşlıq" kimi xarakterizə olunur. Son illərdəki qlobal geosiyasi dəyişikliklər, regional təhlükəsizlik problemləri və iqtisadi maraqlar bu ə

22:000
Leyla Əliyeva Nəbi Xəzrinin şeirini səsləndirdi - VİDEOSiyasət

Leyla Əliyeva Nəbi Xəzrinin şeirini səsləndirdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Azərbaycan şairi, nasir Nəbi Xəzrinin şeirini səsləndirib.

21:040
Deputat: "Ermənistanda seçkiöncəsi göründü ki, separatizm ideologiyasından tam imtina edilməyib"Siyasət

Deputat: "Ermənistanda seçkiöncəsi göründü ki, separatizm ideologiyasından tam imtina edilməyib"

Milli Məclisin deputatı Vasif Qafarov Ermənistandakı seçki kampaniyasında Azərbaycan faktorunun rolunu, cəmiyyətin sülh və revanşizm arasındakı seçimini təhlil edib.

19:240
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdırSiyasət

Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır

Zəngəzur dəhlizinin inşası və TRIPP layihəsi üzrə Azərbaycan, ABŞ və Ermənistan arasında gedən son proseslər, Vaşinqtonun regionda sülhə dəstəyi və Rusiyanın iddialarına verilən cavablar haqqında ətraflı məlumat.

19:000