
Deputat: "Qərbə yönəlməsi Ermənistanı geosiyasi qarşıdurma meydanına çevirir"
"Ermənistanın uzun illər birtərəfli şəkildə Rusiyadan asılı olması və son dövrlərdə Qərbə, xüsusilə Fransa və Avropa İttifaqına (Aİ) doğru kəskin geosiyasi dönüş etməyə çalışması bu ölkənin qütblərarası toqquşma nöqtəsinə çevrilmə təhdidini yaratmaqdadır".
"Ermənistanın uzun illər birtərəfli şəkildə Rusiyadan asılı olması və son dövrlərdə Qərbə, xüsusilə Fransa və Avropa İttifaqına (Aİ) doğru kəskin geosiyasi dönüş etməyə çalışması bu ölkənin qütblərarası toqquşma nöqtəsinə çevrilmə təhdidini yaratmaqdadır".
Bunu Gundem.today-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun "Avropa Siyasi Birliyi"nin 8-ci Sammiti çərçivəsində Ermənistanın xarici siyasət kursu ilə bağlı bəyanatları, o cümlədən onilliklər ərzində Ermənistanın Rusiyanın bir növ "peyki" olması, indi isə bu asılılıqdan qurtulmaq və Avropaya üz tutmaq yolunu seçdiyini bildirməsi əslində məhz bu kontekstdə güc nümayişi sayıla bilər:
"Təbii ki, İrəvanın yollarını ayırdığı və üz tutduğu qütblər prosesin gedişində prinsipial olaraq nəsə itirmir. Lakin Ermənistanın özü ilə bağlı eyni qənaəti söyləmək mümkün deyil. Xüsusən onun qarşıdurma meydançasına çevrilməkdə olması, o cümlədən asılılıqdan xilas olmaq üçün suverenliyini gücləndirmək əvəzinə digər güc mərkəzinə sığınmaq yolunu tutması sözügedən ölkəni daha çox xarici təsirlərə açıq edir. Belə bir situasiyada, təbii ki, Qərbin regiona artan marağı çox vaxt Ermənistanın daxili təhlükəsizliyini təmin etməkdən ziyadə, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və hətta mümkündür ki, İranı dairəyə almaq strategiyasının bir hissəsidir. Digər tərəfdən coğrafi mövqe, qonşularla münasibətlər kimi amillərə söykənməyən hərbi və siyasi vədlər regional reallıqlarla üst-üstə düşmədiyi üçün bunlar Ermənistana real kömək yox, sadəcə təhlükəli bir illüziya sayılmalıdır. Görünür, Ermənistan hələ də anlamaq istəmir ki, uzunmüddətli təhlükəsizliyi və iqtisadi inkişafı uzaq paytaxtlara sığınmaqdan yox, birbaşa qonşuları ilə quracağı balanslı, sülhsevər və praqmatik münasibətlərdən, o cümlədən regional layihələrdə iştirakından birbaşa asılıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətCənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL
Cənubi Qafqazda geosiyasi dinamika son illərdə, xüsusilə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin paralel inkişafı fonunda daha da diqqət çəkməyə başlayıb. Bu kontekstdə Fransa başda olmaqla bəzi xarici aktorların regional proseslərə təsir cəhdləri ön plana çıxır. Xüsusilə Parisin Ermənistan-Türkiyə normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq təşəbbüsü fərqlənsə də, yeni deyil. Tarix göstərir ki, bu istiqamətdə müxtəlif diplomatik cəhdlər olsa da, heç bir
SiyasətAzərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
SiyasətBəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar
Diplomatik xidmət əməkdaşlarına pensiya zamanı birdəfəlik ödəniş veriləcək.
SiyasətDövlət köçürülən cərimələrə nəzarəti artırdı
Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılıb, "İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin altsistemi olacaq.