
Donald Tramp: "ABŞ ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım etməyəcək"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım göstərməyəcəyini bəyan edib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım göstərməyəcəyini bəyan edib.
Gundem.today xəbər verir ki, Ağ Ev lideri bu barədə "Truth Social" platformasında açıqlama yayıb.
"İtaliyanın dəstəyini görmədik, buna görə biz də ona yardım etməyəcəyik", - deyə o, paylaşımında qeyd edib.
Bununla o, "The Guardian" qəzetinin Romanın Vaşinqtonun Siciliyadakı Siqonella hərbi bazasına daxil olmasını qadağan etdiyi barədə yaydığı xəbərə münasibət bildirib.
Qeyd olunub ki, ABŞ bombardmançıları Yaxın Şərqə istiqamət almazdan əvvəl həmin hərbi bazada eniş etməyi planlaşdırıb. Lakin Birləşmiş Ştatlar eniş üçün icazəni yalnız təyyarələr Siciliyaya uçarkən tələb etdiyi üçün imtina verilib. Mənbə onu da vurğulayıb ki, bu müddət silahlı təyyarələr üçün zəruri olan İtaliya parlamentinin razılığını əldə etmək üçün yetərli deyil.
Məlumata görə, hələ 1950-ci illərin sonlarında ABŞ və İtaliya arasında bağlanmış müqavilələrə əsasən, fövqəladə vəziyyətlər xaricində, hərbi bazalar hərbi münaqişələrdə istifadə olunan silahların daşınması üçün tranzit mərkəzi kimi deyil, yalnız logistika və təlim məqsədilə tətbiq oluna bilər.
Xatırladaq ki, Tramp NATO-nu "kağız pələng" adlandıraraq, alyansı düşmənlərə qorxu sala biləcək qüvvə hesab etmədiyini diqqətə çatdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
"İsrail artıq Livanı bombalamayacaq".
DünyaƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"
"Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir".
DünyaTrampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTO
"Hörmüz boğazı tamamilə açıqdır və keçidə hazırdır. Lakin dəniz blokadası yalnız İranla əməliyyatlarımız 100% başa çatana qədər tam gücdə və təsirdə qalacaq".
DünyaTramp İrana təşəkkür etdi - FOTO
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.