
Donald Tramp Nikolas Maduronun qaçırılması zamanı istifadə olunan silahın sirrini açıqladı
Donald Tramp bildirib ki, ABŞ istehsalı olan "diskombobulyator" silahı istifadə edilərkən vızıltı səsi çıxarır. Bu aparatın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi zamanı tətbiq edildiyi iddia olunur.
Donald Tramp bildirib ki, ABŞ istehsalı olan "diskombobulyator" silahı istifadə edilərkən vızıltı səsi çıxarır. Bu aparatın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi zamanı tətbiq edildiyi iddia olunur.
Gundem.today kp.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Onlar yuxarıdan belə qəribə bir vızıltı eşidirdilər", - deyə ABŞ prezidenti vurğulayıb. O əlavə edib ki, qarşı tərəf bunun qarşısını almağa çalışsalar da, mümkün olmayıb.
Öz növbəsində "The Washington Post" qəzeti yazıb ki, Trampın gizli silahının tətbiqinin nəticələri ABŞ alimlərinin radiotezlik şüalanması ilə əlaqələndirdiyi "Havana sindromuna" bənzəyir.
Xatırladaq ki, "Havana sindromu" 2016-cı ildə Kubada ortaya çıxıb - həmin vaxt amerikalı diplomatları başağrıları, eşitmə və görmə itkisi, tarazlıq problemləri və ürəkbulanmadan şikayət edirdilər. Bəzilərinə beyin zədələnməsi diaqnozu qoyulmuşdu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaUzunömürlülüyü müəyyən edən sadə test: Cəmi bir hərəkətlə sağlamlığınızı yoxlayın
Amerikalı teleaparıcı və revmatoloq Natali Azar uzunömürlülüyü proqnozlaşdırmaq üçün sadə test açıqlayıb.
Dünya"Labubu" sürətlə müştərilərini itirməyə başlayıb
Məşhur "Labubu" gəlinciklərinin istehsalı ilə məşğul olan Çinin "Pop Mart" şirkətində ciddi tənəzzül əlamətləri müşahidə olunmağa başlayıb.
DünyaYaponiyada küçədən pul tapan yaşlı qadın həbs olundu
Yaponiyada küçədə tapdığı pulqabını mənimsəyən və bu barədə polisə məlumat verməyən yaşlı qadın həbs olunub.
DünyaRusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA
Rusiyada 2026-cı ilin may bayramlarında ümumi turist axınının ötən illə müqayisədə 15-20% azaldığı bildirilib.