
Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.
Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.
Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Vətəndaşların müraciətləri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, şəxsin müraciətinin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.
Müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan (imeyl) istəniləcək.
Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya resursunda, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Sənədə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya resursuna daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.
Belə ki, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.
Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHikmət Hacıyev: "Xankəndi Cənubi Qafqazın gənclər mərkəzinə çevrilir"
"Xankəndi şəhəri gənclər mərkəzinə çevrilir".
SiyasətPrezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhə sadiqdir"
"Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır".
SiyasətHikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır"
"Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır".
SiyasətQərəz, lobbiçilik və korrupsiya: Avropa Parlamentinin əsl siması və Bakının cavabı
Azərbaycanın torpaqlarının işğal altında qaldığı 30 il ərzində ölkəmizə qarşı müxtəlif formada qərəzli və əsassız ittihamlarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanla münaqişənin başa çatdığını, sülh prosesindəki irəliləyişləri həzm edə bilmirlər. Uzun illər ərzində Azərbaycan dəfələrlə bu cür qərəzli və əsassız ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən imtina etmək tələblərini ən yüksək səviyyələrdə həmin təşkilatların diqqətinə çatdırıb. Amma buna baxmayaraq, bəzi ünsürlər b