
Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24 faiz bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
Gundem.today "İnterfaks"a istinadən xəbər verir ki, buna səbəb Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlar və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranmış ciddi neft böhranıdır.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti 86 dollar/barel təşkil edəcək (2025-ci ildə bu göstərici 69 dollar/barel olub). Bu proqnoz Hörmüz boğazında vəziyyətin may ayından etibarən yaxşılaşacağını və neft tədarükünün 2026-cı ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıdacağını nəzərdə tutur.
Məlumata görə, alüminium, mis və qalay daxil olmaqla əlvan metalların qiyməti də rekord səviyyələrə çata bilər. Qiymətli metalların isə 2026-cı ildə orta hesabla 42% bahalaşacağı gözlənilir.
Dünya Bankının yeni baza proqnozuna əsasən, inkişaf etməkdə olan ölkələrdə 2026-cı ildə inflyasiya orta hesabla 5.1% təşkil edəcək (yanvar proqnozu ilə müqayisədə bir faiz bəndi yüksək). 2025-ci ildə bu göstərici 4.7% idi. Həmin ölkələr üçün iqtisadi artım proqnozu isə 0.4 faiz bəndi azaldılaraq 3.6%-ə endirilib.
Qeyd olunur ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi və ya enerji tədarükünün bərpasının gecikməsi xammal qiymətlərini daha da artıra bilər. Belə bir ssenaridə 2026-cı ildə "Brent" markalı neftin orta qiymətinin 115 dollar/barelə çatması istisna edilmir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDiyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?
Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.
DünyaDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
DünyaResepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi
Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb.
DünyaTeylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş
21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.