Son dəqiqə
Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?KİV: Maykl Ceksona qarşı yeni iddiada şok ittihamlar irəli sürülübDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaqResepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildiTeylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imişİtlərə sümük vermək niyə təhlükəlidir? - Baytar xəbərdarlığı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya

Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq

Bu gün
06:46
0 baxış
Paylaş:

Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.

Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.

Gundem.today "İnterfaks"a istinadən xəbər verir ki, buna səbəb Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlar və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranmış ciddi neft böhranıdır.

Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti 86 dollar/barel təşkil edəcək (2025-ci ildə bu göstərici 69 dollar/barel olub). Bu proqnoz Hörmüz boğazında vəziyyətin may ayından etibarən yaxşılaşacağını və neft tədarükünün 2026-cı ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıdacağını nəzərdə tutur.

Məlumata görə, alüminium, mis və qalay daxil olmaqla əlvan metalların qiyməti də rekord səviyyələrə çata bilər. Qiymətli metalların isə 2026-cı ildə orta hesabla 42% bahalaşacağı gözlənilir.

Dünya Bankının yeni baza proqnozuna əsasən, inkişaf etməkdə olan ölkələrdə 2026-cı ildə inflyasiya orta hesabla 5.1% təşkil edəcək (yanvar proqnozu ilə müqayisədə bir faiz bəndi yüksək). 2025-ci ildə bu göstərici 4.7% idi. Həmin ölkələr üçün iqtisadi artım proqnozu isə 0.4 faiz bəndi azaldılaraq 3.6%-ə endirilib.

Qeyd olunur ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi və ya enerji tədarükünün bərpasının gecikməsi xammal qiymətlərini daha da artıra bilər. Belə bir ssenaridə 2026-cı ildə "Brent" markalı neftin orta qiymətinin 115 dollar/barelə çatması istisna edilmir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya_Bankı#Dünya_bazarında_neft_qiymətləri#İnflyasiya#Hörmüz_boğazı

Oxşar Xəbərlər

Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?Dünya

Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?

Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.

Bu gün
07:180
Resepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildiDünya

Resepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi

Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb.

Bu gün
06:160
Teylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imişDünya

Teylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş

21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.

Bu gün
06:000
İtlərə sümük vermək niyə təhlükəlidir? - Baytar xəbərdarlığıDünya

İtlərə sümük vermək niyə təhlükəlidir? - Baytar xəbərdarlığı

"Əksər it sahibləri sümüyün dördayaqlı dostları üçün təbii və faydalı qida olduğunu düşünürlər. Lakin reallıqda bu məhsul ev heyvanlarının sağlamlığı üçün ən ciddi təhlükə mənbələrindən biri hesab olunur".

Bu gün
05:480