
Dünya çempionatına 10 həftə qalmış baş məşqçi qovuldu - FOTO
Qana milli futbol komandasının baş məşqçisi Otto Addo tutduğu vəzifədən azad edilib.
Qana milli futbol komandasının baş məşqçisi Otto Addo tutduğu vəzifədən azad edilib.
Gundem.today xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb.
50 yaşlı mütəxəssislə yolların ayrılmasına əsas səbəb kimi milli komandanın mart ayında nümayiş etdirdiyi qeyri-qənaətbəxş nəticələr göstərilib.
Belə ki, Afrika təmsilçisi keçirdiyi yoldaşlıq matçlarında Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, bu nəticələrlə komandanın ardıcıl məğlubiyyət seriyası dörd oyuna çatıb.
Xatırladaq ki, 2024-cü ilin mart ayından etibarən yığmanın sükanı arxasında olan Addo bu il baş tutacaq dünya çempionatına cəmi 10 həftə qalmış postu ilə vidalaşıb. Qana seçməsi ABŞ, Kanada və Meksikanın ortaq təşkilatçılığı ilə keçiriləcək DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Xorvatiya, İngiltərə və Panama yığmaları ilə qüvvəsini sınayacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanƏfsanəvi bolqarıstanlı qapıçı vəfat etdi
Bolqarıstan milli komandanın sabiq və tanınmış qapıçısı Borislav Mihaylov vəfat edib.
İdmanAzərbaycan millisinin Avropa çempionatındakı oyun təqvimi açıqlandı
Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının həlledici final mərhələsindəki oyun təqvimi açıqlanıb.
İdmanTürkiyənin Kosovo ilə final oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçiriləcək.
İdmanFIFA prezidenti İranın DÇ-2026-dakı taleyinə aydınlıq gətirdi
FIFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirakı ilə bağlı açıqlama verib. FİFA heç bir alternativ planın olmadığını və idman prinsiplərinə hörmət ediləcəyini vurğulayıb.