Tiktoker "Miray"ın həbs müddəti uzadıldı
Kriminal

Tiktoker "Miray"ın həbs müddəti uzadıldı

İndi
14:58
1 baxış
Paylaş:

Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan "TikTok"da "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb.

Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan "TikTok"da "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb.

Gundem.today "Unikal"a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə xanım tiktokerlə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Aysel Mustafayevanın həbs müddəti daha 2 ay da uzadılıb.

Xatırladaq ki, bundan öncə xanım tiktokerin həbs müddəti 3 ay müddətinə uzadılmışdı.

Qeyd edək ki, "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva "TikTok"da söyüş və təhqir dolu yayımlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarında dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.

Xanım tiktoker ötən ilin avqustunda Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#tiktoker_miray#aysel_mustafayeva#sumqayıt_şəhər_məhkəməsi#sumqayıt_polisi#həbs_müddətinin_uzadılması#məhkəmə_qərarı#narkotik_dövriyyəsi_ittihamı#cinayət_məcəlləsi#tiktok#sosial_şəbəkə

Oxşar Xəbərlər