
Dünyada püstənin qiyməti son səkkiz ilin maksimumuna çatıb
İrandakı müharibə və bununla əlaqədar yanacaq, eləcə də gübrə üzrə qlobal təchizat zəncirlərinin pozulması ölkənin məşhur məhsulu olan püstənin qiymətini son səkkiz ilin ən yüksək həddinə çatdırıb.
İrandakı müharibə və bununla əlaqədar yanacaq, eləcə də gübrə üzrə qlobal təchizat zəncirlərinin pozulması ölkənin məşhur məhsulu olan püstənin qiymətini son səkkiz ilin ən yüksək həddinə çatdırıb.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata əsasən, İran qlobal miqyasda püstə istehsalına görə ikinci yerdə qərarlaşıb. Bu məhsul həm ayrıca çərəz kimi, həm də şokolad, dondurma və müxtəlif içkilərin istehsalında xammal kimi geniş tətbiq edilir.
"Expana Markets" şirkətinin çərəz bazarları üzrə mütəxəssisi Nik Moss bildirib ki, hərbi əməliyyatlar başlamamışdan öncə də sanksiyalar və mövcud geosiyasi problemlər ölkənin püstə ticarətinə mənfi təsir göstərirdi. 2025-ci il üzrə məhsul yığımı proqnozlaşdırılandan aşağı olub. Cari ilin yanvar ayındakı vətəndaş iğtişaşları isə kommunikasiya sistemlərini sıradan çıxararaq ixrac prosesini xeyli çətinləşdirib.
Analitik əlavə edib ki, fevral ayının sonlarında başlayan müharibə mövcud durumu daha da kəskinləşdirib. Nəticədə dünya bazarlarına püstə tədarükü kəskin şəkildə azalıb ki, bu da qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir
Dünya yaxın onilliklərdə böyükmiqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər.
DünyaAvstraliyada 13 yaşlı qız 109 cinayət əməlində təqsirli bilinir
Avstraliyada 13 yaşlı qız 109 müxtəlif cinayət əməli törətməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
DünyaZukerberqin rəqəmsal əkizi: "Meta" rəhbəri işçilərlə avatarı vasitəsilə danışacaq
"Meta" şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq əməkdaşlarla canlı rejimdə ünsiyyət qura biləcək rəqəmsal süni intellekt avatarını inkişaf etdirir.
DünyaCAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb
Cənubi Afrika Respublikasının (CAR) Keyptaun sahili sularında böyük ağ köpəkbalıqları qəflətən yoxa çıxıb.