
Avstraliyada 13 yaşlı qız 109 cinayət əməlində təqsirli bilinir
Avstraliyada 13 yaşlı qız 109 müxtəlif cinayət əməli törətməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Avstraliyada 13 yaşlı qız 109 müxtəlif cinayət əməli törətməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Age" nəşri məlumat yayıb.
Yeniyetməyə qarşı irəli sürülən ittihamlar arasında çoxsaylı oğurluq və avtomobil qaçırma halları yer alır. Cinayətlərdən ən ağırı martın 30-da Melburn ətrafında qeydə alınıb. Oğurlanmış avtomobili idarə edən qız qəsdən velosipedçini maşının qapısı ilə vuraraq yıxıb. Hadisədən cəmi üç dəqiqə sonra o, internetdə "adam vurmağın cəzası" barədə axtarış verib. İstintaq materiallarına görə, yeniyetmə həmçinin yəhudilərin yaşadığı əraziləri müəyyənləşdirməyə çalışıb ki, onlara qarşı məqsədyönlü təqib həyata keçirsin.
Müstəntiqlərin qənaətinə görə, yeniyetmə bu əməlləri ilə sosial şəbəkələrdə şöhrət qazanmaq istəyib. O, törətdiyi cinayətlər barədə xəbərlərin nə qədər "like" (bəyənmə) toplaması ilə yaxından maraqlanıb. Prokurorun bildirdiyinə görə, 74 gün ərzində qız gündə orta hesabla 1.45 cinayət törədib.
Vəkillərin yeniyetmənin girov müqabilində azadlığa buraxılması barədə vəsatəti məhkəmə tərəfindən rədd edilib. Növbəti iclasadək qız həbsdə qalacaq. Proses üç həftə sonra davam etdiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadır
İqlim dəyişiklikləri nəticəsində boz balinalar adi miqrasiya marşrutlarından kənara çıxaraq San-Fransisko körfəzinə daxil olur və burada gəmilərlə toqquşmalar səbəbindən tələf olurlar.
Dünya"Microsoft Windows 11"in aktivləşdirilməsi qaydalarını dəyişdi
2026-cı ildən etibarən "Windows 11" əməliyyat sisteminin aktivləşdirilməsi üçün cəmi iki metod mövcud olacaq.
DünyaDünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir
Dünya yaxın onilliklərdə böyükmiqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər.
DünyaZukerberqin rəqəmsal əkizi: "Meta" rəhbəri işçilərlə avatarı vasitəsilə danışacaq
"Meta" şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq əməkdaşlarla canlı rejimdə ünsiyyət qura biləcək rəqəmsal süni intellekt avatarını inkişaf etdirir.