Son dəqiqə
Elvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladıSumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVABAİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindiBakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıbDiqqətlər Vaşinqtonda: Livan və İsrail arasında gözlənilən görüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Dünyanın ən iri suveren fondu milyardlarla dollar itirdi
Dünyanın ən iri suveren fondu milyardlarla dollar itirdi
Dünya

Dünyanın ən iri suveren fondu milyardlarla dollar itirdi

Bu gün
18:04
0 baxış
Paylaş:

2.1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu (GPFG) 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.

2.1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu (GPFG) 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.

Gundem.today xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Açıqlanan rəsmi rəqəmlərə əsasən, fondun səhmlərə yatırdığı sərmayələrin nəticəsi -2.6%, istiqrazlara yönəldilən investisiyaların nəticəsi isə -0.2% olub. Eyni zamanda, birjadan kənar daşınmaz əmlak yatırımları 1.2% müsbət nəticə göstərdiyi halda bərpa olunan enerji infrastrukturuna edilən sərmayələrdə -1,9% nəticə qeydə alınıb.

"Norges Bank Investment Management"in (NBIM) baş icraçı direktorunun müavini Trond Qrande bildirib ki, bu göstəricilər rüb ərzindəki mürəkkəb bazar vəziyyətinin təzahürüdür:

"İstiqraz və daşınmaz əmlak sektorlarında təsir məhdud olsa da ümumi nəticəyə əsas mənfi təsir səhmlərin, xüsusi ilə də ABŞ-nin nəhəng texnologiya korporasiyalarının dəyər itirməsindən qaynaqlandı".

Mətbuatın yazdığına görə, fondun zərərlə üzləşməsinə fevralın sonlarında Yaxın Şərq regionunda alovlanan hərbi münaqişənin bazarlarda yaratdığı qeyri-sabitlik səbəb olub.

Həmçinin ilk rübün hesabatında aprelin 7-də ABŞ və İran arasında əldə olunmuş ilkin atəşkəs razılaşmasından sonra bazarlarda müşahidə edilən canlanma öz əksini tapmayıb.

İlin ilk üç ayı ərzində fondun ümumi dəyəri 1.27 trilyon Norveç kronu (təqribən 14 milyard ABŞ dolları) həcmində kiçilib və bu, son dörd rübdə qeydə alınan ilk enişdir.

Bu geriləmənin bir səbəbi də Norveç kronunun məzənnəsinin güclənməsidir. "Bloomberg"in təhlilinə görə, kron birinci rübdə G10 ölkələri arasında ən güclü valyuta kimi çıxış edərək dollar qarşısında 4.1%, avro qarşısında isə 5.8% bahalaşıb.

2026-cı ilin 31 mart tarixinə olan məlumata əsasən, fondun ümumi həcmi 19.998 trilyon Norveç kronuna (2.1 trilyon dollar) bərabər olub. İnvestisiya portfelindəki aktivlərin 70.2 faizi səhmlərin, 27.6 faizi istiqrazların, 1.8 faizi birjadan kənar daşınmaz əmlakın, 0.4 faizi isə bərpa olunan enerji infrastrukturunun payına düşüb.

Aparılan hesabatlara görə, ötən rüblər ərzində fondun qazancında əsas paya iri texnoloji korporasiyalar sahib olub. NBIM-in ən çox sərmayə yatırdığı şirkətlər arasında "Apple", "Microsoft", "Alphabet", "Amazon" və "Nvidia" yer alır. Ümumilikdə bu qurum qlobal fond birjalarında dövriyyədə olan bütün səhmlərin təqribən 1.5 faizini öz əlində cəmləşdirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Norveç#Dollar#Fond

Oxşar Xəbərlər

"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladıDünya

"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladı

"Qiyamət günü" radiostansiyası ("UVB-76") alimentlərlə bağlı yeni söz yayımlayıb.

Bu gün
19:200
Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindiDünya

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindi

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketi Moskvaya təzyiqi gücləndirmək və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Bu gün
19:080
Diqqətlər Vaşinqtonda: Livan və İsrail arasında gözlənilən görüşDünya

Diqqətlər Vaşinqtonda: Livan və İsrail arasında gözlənilən görüş

İsrail və Livan rəsmilərinin danışıqlarının növbəti mərhələsinin Vaşinqton şəhərində baş tutacağı gözlənilir, ABŞ ilə İran arasındakı təmaslar isə qeyri-müəyyənliyini qoruyur.

Bu gün
18:540
Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin"Dünya

Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin"

ABŞ Dövlət Departamenti İran hava məkanının qismən yenidən açılmasından sonra ABŞ vətəndaşlarına o ölkəni tərk etməyi tövsiyə edib.

Bu gün
18:240