
Dünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ
ABŞ-nin onlayn pul köçürmələri ilə məşğul olan "Remitly" şirkəti ən nəzakətli ölkələrin siyahısını açıqlayıb.
ABŞ-nin onlayn pul köçürmələri ilə məşğul olan "Remitly" şirkəti ən nəzakətli ölkələrin siyahısını açıqlayıb.
Gundem.today bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, araşdırma çərçivəsində 26 ölkədən 4 600 nəfər sorğuya cəlb olunub. Respondentlərdən ən nəzakətli hesab etdikləri ölkələri qeyd etmələri istənilib. Bundan əlavə, iştirakçılar özlərini nə dərəcədə nəzakətli hesab etdiklərini də qiymətləndiriblər.
Sorğunun nəticələrinə əsasən, Yaponiya reytinqin şəksiz lideri olub. Respondentlərin 35.15%-i bu ölkəni ən nəzakətli hesab edib. Tədqiqat müəlliflərinin sözlərinə görə, Yaponiyada nəzakət gündəlik həyatın ayrılmaz hissəsidir. Məsələn, baş əymək yalnız salamlaşma deyil, həm də hörmət əlaməti kimi istifadə olunur.
İkinci yerdə 13.35% göstərici ilə Kanada qərarlaşıb. Araşdırmada qeyd olunur ki, kanadalılar haqqında tez-tez səsləndirilən "hər şeyə görə üzr istəmək" stereotipi müəyyən qədər şişirdilmiş olsa da, cəmiyyətdə qarşılıqlı hörmət və diqqət mühüm rol oynayır.
Üçüncü pillədə isə 6.23% səslə Böyük Britaniya yer alıb. Britaniyalıların nəzakəti əsasən tez-tez "zəhmət olmasa" və "təşəkkür edirəm" ifadələrindən istifadə etmələri, həmçinin növbə mədəniyyəti ilə izah olunur.
İlk onluqda daha sonra Çin (3.07%), Almaniya (2.80%), Filippin (2.30%), İsveç (2.26%), Danimarka (2.07%), Finlandiya (1.92%) və Cənubi Afrika Respublikası (1.82%) qərarlaşıblar.
Araşdırma, həmçinin göstərib ki, ölkə sakinlərinin özlərini qiymətləndirməsi ilə xaricilərin fikirləri arasında fərq var. Belə ki, Braziliya, Çili, Hindistan, İsveç, Fransa, Meksika, İspaniya, Cənubi Afrika Respublikası, ABŞ və Portuqaliya sakinləri özlərini daha çox nəzakətli hesab edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSəudiyyə Ərəbistanında ABŞ qüvvələrinin olduğu bazaya dron zərbəsi endirilib
İran Silahlı Qüvvələri Səudiyyə Ərəbistanı ərazisində ABŞ hərbçilərinin dislokasiya olunduğu Şahzadə Sultan aviabazasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbə endirdiyini bəyan edib.
Dünyaİranın müxtəlif bölgələrində hava hücumları qeydə alınıb
Tehran da daxil olmaqla, İranın bir sıra iri şəhərlərinə kütləvi hava zərbələri endirilib.
Dünya140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU
Türkiyəyə məxsus xam neft daşıyan "Altura" adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.
Dünyaİran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb
İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hədəflərə və regionda yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə növbəti zərbə seriyasına başlayıb.