
140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU
Türkiyəyə məxsus xam neft daşıyan "Altura" adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.
Türkiyəyə məxsus xam neft daşıyan "Altura" adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.
Bu barədə Gundem.today "NTV.com" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Rusiyadan yola düşən və 140 000 ton neft daşıyan gəmiyə dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb.
Qara dəniz sahillərində baş verən hadisə zamanı böyük partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.
Tankerin təcili yardım tələbindən sonra hadisə yerində xilasetmə qrupları göndərilib. Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki, bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLatviyadan Rusiyaya etiraz notası: Müvəqqəti işlər vəkili XİN-ə çağrıldı
Latviya Xarici İşlər Nazirliyi (XİN) pilotsuz uçuş aparatının (PUA, dron) ölkənin hava məkanına daxil olması ilə bağlı Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkilinə etirazını ifadə edib.
Dünyaİsrailin mərkəzinə raket atəşi nəticəsində xəsarət alanlar var
Livanın "Hizbullah" qruplaşmasının İsrailin mərkəzi bölgələrinə endirdiyi raket zərbələri nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.
DünyaBanqladeşdə avtobus çaya düşüb: Çox sayda ölən və itkin düşən var - FOTO - VİDEO
Banqladeşin mərkəzindəki Padma çayına sərnişin avtobusu aşıb. Hadisə nəticəsində ən azı 25 nəfər həyatını itirib.
Dünya"Hizbullah" İsrail Müdafiə Nazirliyinin binasına raket hücumu barədə bəyanat yayıb
Livanın "Hizbullah" hərəkatının hərbi qanadı Təl-Əviv şəhərində yerləşən İsrail Müdafiə Nazirliyinin Kiriya bazasına raket zərbələri endirdiyini bildirib.