
Edin Terziç İspaniya klubuna baş məşqçi təyin olundu
"Atletik Bilbao" klubu rəsmən baş məşqçi postuna Edin Terziçin təyin olunduğunu elan edib.
"Atletik Bilbao" klubu rəsmən baş məşqçi postuna Edin Terziçin təyin olunduğunu elan edib.
Gundem.today xəbər verir ki, tərəflər 2028-ci ilin yayına qədər davam edəcək ikimövsümlük müqaviləyə imza atıblar.
Terziçin son iş yeri "Borussiya Dortmund" olub. O, 2018-2024-cü illər aralığında həmin klubda köməkçi, baş məşqçi və texniki direktor kimi çalışıb. Mütəxəssis daha əvvəl isə "Vest Hem" və "Beşiktaş"da fəaliyyət göstərib.
Buna qədər "Atletik Bilbao"ya 2022-ci ildən etibarən Ernesto Valverde rəhbərlik edirdi. O, cari mövsümün sonunda klubu tərk edəcək. Komanda onun rəhbərliyi altında ümumilikdə 192 oyun keçirib. Bu matçlarda 91 qələbə, 43 heç-heçə və 58 məğlubiyyət qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMisli Premyer Liqası: "Neftçi" Yevlaxda 3 xal qazandı
Misli Premyer Liqasında XXX tur "Karvan-Yevlax" və "Neftçi" komandaları arasındakı qarşılaşma ilə yekunlaşıb.
İdmanMusa Qurbanlının zədəsi nə qədər ciddidir? - "Qarabağ"dan AÇIQLAMA
Misli Premyer Liqasının XXX turu çərçivəsində baş tutan "Turan Tovuz"la qarşılaşmada zədələnərək meydanı tərk edən "Qarabağ"ın hücumçusu Musa Qurbanlının səhhəti ilə bağlı son vəziyyət məlum olub.
İdman"Qarabağ" azarkeşlərinə şad xəbər: Ulduz futbolçu fərdi məşqlərə başladı - VİDEO
"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə zədəsini sağaldıb.
İdman"UFC Fight Night Baku" turnirinin iştirakçıları bəlli oldu - FOTO
Azərbaycan dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə nöbəti dəfə ev sahibliyi edəcək.