
Əfqanıstanda daşqınlar 17 nəfərin ölümünə səbəb olub
Əfqanıstanın bir sıra bölgələrində baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər həyatını itirib.
Əfqanıstanın bir sıra bölgələrində baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər həyatını itirib.
Gundem.today "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin sözçüsü Yusif Həmmad məlumat verib.
Məlumata görə, 26 nəfər xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.
Fəlakət ölkənin 34 vilayətindən 13-nü, əsasən qərb, mərkəzi və şimal-qərb bölgələrini əhatə edib. Nəticədə 147 ev tam və ya qismən dağılıb, 80 kilometr yol məhv olub, həmçinin kənd təsərrüfatına və suvarma sistemlərinə ciddi ziyan dəyib.
Sinoptiklər yaxın günlərdə güclü yağıntıların davam edəcəyini və yeni daşqınların mümkünlüyünü bildirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBƏƏ-dən sərt tələb - İran kompensasiya ödəməlidir
Birləşmiş Ərəb Əmirlikləri hesab edir ki, İranla bağlı mümkün sülh sazişi Körfəz ölkələrinə dəymiş zərərin kompensasiyasını da əhatə etməlidir.
Dünyaİtaliyada məşhur rəssamların əsərləri oğurlandı
İtaliyanın Parma vilayətində yerləşən Maqnani-Rokka Fondunda (özəl muzey) böyük oğurluq hadisəsi baş verib.
DünyaABŞ-nin İrana qarşı quru əməliyyatının təxmini başlanma vaxtı AÇIQLANDI
ABŞ-nin İranda quru əməliyyatına aprelin ilk günlərində başlaya biləcəyi iddia olunur.
DünyaZərbələr nəticəsində İranın su istehsalı zavodu sıradan çıxıb
İranda yerləşən Xondab ağır su istehsalı zavodu hücum nəticəsində ciddi zərər görərək fəaliyyətini dayandırıb.