
Əfsanəvi məşqçi Mirça Luçesku son mənzilə yola salındı
80 yaşında həyatla vidalaşan dünyaşöhrətli rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku öz vətənində son mənzilə yola salınıb.
80 yaşında həyatla vidalaşan dünyaşöhrətli rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku öz vətənində son mənzilə yola salınıb.
Gundem.today xəbər verir ki, əfsanəvi məşqçi ilə vida mərasimi Rumıniyanın paytaxtı Buxarest şəhərindəki "Aziz Eleftherios" kilsəsində baş tutub.
Mərasimdən sonra tanınmış mütəxəssisin cənazəsi Bellu qəbiristanlığına aparılaraq orada torpağa tapşırılıb.
Qeyd edək ki, zəngin karyerası boyu Mirça Luçesku Türkiyənin "Qalatasaray" və "Beşiktaş", eləcə də Ukraynanın "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" kimi nəhəng klublarına rəhbərlik edib.
O, həmçinin Türkiyə və Rumıniya yığmalarının baş məşqçisi postunu tutub. Mütəxəssis çalışdırdığı komandalarla birlikdə çoxlu sayda titul qazanıb və beynəlxalq arenalarda mühüm nailiyyətlərə imza atıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPolşa millisinin köməkçi məşqçisi vəfat edib
Polşa milli futbol komandasının köməkçi məşqçisi Yaçek Maqera 49 yaşında vəfat edib.
İdman"Neftçi"nin sabiq ulduzu Keysuke Hondanın yeni ünvanı məlum oldu
Yaponiya yığmasının və paytaxtın "Neftçi" klubunun keçmiş futbolçusu Keysuke Hondanın karyerasını hansı komandada davam etdirəcəyinə aydınlıq gəlib.
İdman"Real Madrid" düşərgəsində QALMAQAL: Alvaro Arbeloa ilə gənc müdafiəçi arasında münaqişə
"Real Madrid" düşərgəsində gözlənilməz qalmaqal baş verib. Komandanın baş məşqçisi Alvaro Arbeloa ilə gənc müdafiəçi Raul Asensio arasında ciddi münaqişə yaşanıb.
İdmanMaks Ferstappenin planları bəlli oldu
"Formula-1"in dördqat çempionu, 28 yaşlı niderlandlı ulduz sürücü Maks Ferstappen karyerası ilə bağlı mühüm qərar qəbul edib.