Son dəqiqə
Polşa millisinin köməkçi məşqçisi vəfat edibAzərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubSuraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏRİsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaqMTK və sakinlər arasında qarşıdurma: "Binada nə qaz, nə su, nə də işıq var"ABŞ hərbi heyətini daşıyan təyyarə İsraildən havalandı: Bölgədə böyük razılaşma hazırlanır?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Ordu

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün
18:24
0 baxış
Paylaş:

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

Gundem.today xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi" mövzusunda işçi görüşü keçirilib.

Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycanla Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.

Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ordu#Azərbaycan_Müdafiə_Nazirliyi#Çin_Xalq_Respublikası#Hərbi_əməkdaşlıq

Oxşar Xəbərlər

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEOOrdu

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO

Azərbaycanda hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib.

Bu gün
17:541
Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTOOrdu

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTO

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Bu gün
17:580
Zakir Həsənov "N" saylı hərbi hissədə döyüş hazırlığını yoxladı - FOTOOrdu

Zakir Həsənov "N" saylı hərbi hissədə döyüş hazırlığını yoxladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.

Bu gün
11:120
"Anadolu Ankası - 2026" beynəlxalq təliminə start verilibOrdu

"Anadolu Ankası - 2026" beynəlxalq təliminə start verilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.

7 aprel 2026
19:082