
Əlcəzairin sabiq prezidenti vəfat edib
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.
Gundem.today bu barədə Asharq.com-a istinadən xəbər verir.
Bildirilir ki, sabiq dövlət başçısı uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. O, müalicə aldığı hərbi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Zərval 1941-ci il iyulun 3-də Əlcəzairin Batna vilayətində anadan olub.
O, 10 iyul 1993-cü ildə müdafiə naziri təyin edilib, daha sonra 1994-cü il yanvarın 30-da müvəqqəti prezident olub, 1995-ci ildə isə rəsmi olaraq prezident postunu tutaraq müstəqillik qazandıqdan sonra Əlcəzairin altıncı prezidenti olub.
1998-ci ilin sentyabrında Zərval növbədənkənar prezident seçkisinin keçiriləcəyini elan edib və prezidentlik səlahiyyətlərini 1999-cu ilin aprelində rəsmən başa vurub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSuriya hava məkanını bağladı
Suriya hökuməti mülki aviasiya nəzarət orqanı tərəfindən əvvəlcədən təsdiqlənmiş uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün hava məkanını bağlayıb.
Dünyaİsrail ordusu "Hizbullah"a qarşı döyüşlərdə yeni itkilər verib
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı yeni itkilər verib.
DünyaKİV: İran ABŞ-nin Səudiyyə Ərəbistanındakı bazalarına zərbələr endirib
ABŞ-nin Səudiyyə Ərəbistanındakı bazaları pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.
DünyaBritaniyada avtomobil piyadaların üzərinə sürüldü: Xəsarət alanlar var
Böyük Britaniyanın Derbi şəhərində sürücü avtomobili piyadaların üzərinə sürüb.