
Sabah hava necə olacaq? - 30.03.2026
Azərbaycanda martın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda martın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAbşeron yarımadasında mart ayında rekord yağıntı qeydə alınıb
Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.
CəmiyyətKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Martın 30-u axşam və 31-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
CəmiyyətSumqayıtda fövqəladə vəziyyət: Sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDADIR - VİDEO
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yaşayan sakinlərin həyatı və əmlakı üçün ciddi təhlükə yaranıb.
CəmiyyətQobuda sürüşmə baş verib - FOTO - VİDEO
Abşeron rayonunun Qobu qəsəbəsində sürüşmə hadisəsi baş verib.