
Eldar Rəsulov: "WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq"
"WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq".
"WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Lənkəranda keçirilən WUF13 Festivalı ilə bağlı danışan WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov jurnalistlərə açıqlamasında deyib.
WUF13-ə sayılı günlər qaldığını bildirən E.Rəsulov daha geniş ictimaiyyətin bu mötəbər tədbir haqqında məlumatlandırılması üçün WUF13 festivallarının keçirildiyini qeyd edib:
"Festival çərçivəsində mayın 2-si səhər saatlarında Lənkəran şəhərində məlumatlandırma sesiyası keçirilib, festivalın ikinci hissəsində sosial proqramlar təşkil olunub. Belə ki, tədbir Heydər Əliyev Xatirə Parkında əyləncəli-maarifləndirici proqramla davam edib. Bu festival Azərbaycanın digər bölgələrində də təşkil olunacaq".
Baş menecer bildirib ki, hazırda WUF13-də iştirak etmək üçün 175 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.
O, həmçinin vurğulayıb ki, əyləncəli-maarifləndirici proqram çərçivəsində interaktiv sual-cavab sessiyaları vasitəsilə iştirakçılara tədbir haqqında ətraflı məlumat verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Bəhruz Nuriyev küçəsində, Heydər Əliyev parkı ətrafında yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlər və onların alternativ həlli yollarından bəhs edilib.
CəmiyyətQərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfrans keçirilib
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Davamlı sülh və qaçqınların qayıdış hüququ: Beynəlxalq hüququn rolu" mövzusunda beynəlxalq hibrid konfrans keçirilib.
CəmiyyətKürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun üç kəndində pay torpaq sahələrinin su altında qalmasına səbəb olub.
CəmiyyətEvin qarşısında gül əkmək və maşın saxlamaq niyə qadağandır? - Sakinlərdən ŞİKAYƏT - VİDEO
Fərdi yaşayış evlərinin qarşısında, xüsusən hasardan kənarda qalan ərazilərdə gül-çiçək əkilməsi və ya maşın saxlanılması hüquqi məsuliyyət yaradır.