Son dəqiqə
Körfəzdə müharibə anonsu? - İran ABŞ hərbi qüvvələrinə raket zərbələri endirdiABŞ-də güclü qasırğa: Missisipidə yüzlərlə ev dağılıb, yaralılar var - VİDEOİran səmasında gərginlik: İki PUA vurularaq məhv edildi"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEOTramp Avropa İttifaqına ticarət sazişi ilə bağlı xəbərdarlıq edibMeksikada qəzəbli sakinlər merə hücum çəkdilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. "Elə bildim bomba düşdü" - Sumqayıtda yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar - VİDEO
"Elə bildim bomba düşdü" - Sumqayıtda yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar - VİDEO
Hadisə

"Elə bildim bomba düşdü" - Sumqayıtda yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar - VİDEO

Bu gün
23:48
0 baxış
Paylaş:

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 14 saylı yataqxanada qeydə alınıb.

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 14 saylı yataqxanada qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binadan 12 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Hadisə şahidləri Baku TV-yə qorxu dolu anları belə təsvir ediblər:

"Namaz qılırdım. Birdən elə bir səs gəldi ki, sanki yuxarıdan aşağıya bomba düşdü. Tez özümü çölə atdım, alovun üstümə gəldiyini gördüm. Ondan sonrasını isə xatırlamıram", - deyə sakinlərdən biri bildirib.

Digər sakin isə tüstü səbəbindən binada sıxılıb qaldıqlarını qeyd edib: "Aşağı düşə bilmirdik, yuxarı mərtəbədə qalmışdıq. Hər yeri qatı tüstü bürümüşdü. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldikdən sonra bizi xilas etdilər".

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar. Xəsarət alan olmayıb.

Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Sumqayıt_şəhəri#Fövqəladə_Hallar_Nazirliyi_(FHN)#Yanğın_hadisəsi#Dövlət_Yanğından_Mühafizə_və_Xüsusi_Riskli_Xilasetmə_xidməti

Oxşar Xəbərlər

Akif İslamzadə xəstəxanaya yerləşdirildiHadisə

Akif İslamzadə xəstəxanaya yerləşdirildi

Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.

Bu gün
00:140
Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılarHadisə

Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar

Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.

Bu gün
19:480
Sumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOHadisə

Sumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu gün
18:560
Azərbaycanda nasos stansiyasını su basıb - FOTOHadisə

Azərbaycanda nasos stansiyasını su basıb - FOTO

Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.

Bu gün
16:480