
Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.
Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki parkda baş verib.
16 yaşlı İbrahim Musayev (ad və soyad şərtidir - red.) parkda gəzərkən zərərçəkən Elmir Kərimova (ad və soyad şərtidir - red.) yaxınlaşaraq nə səbəbə anası barədə xoşagəlməz ifadələr səsləndirdiyini soruşub. Elmir etiraz etdikdə İbrahim bu barədə əlində səs yazısı olduğunu deyib. Daha sonra əsəbiləşdiyi üçün o, yanındakı iki tanışı ilə köməkləşərək Elmiri yaxınlıqdakı zibil qabına atıblar. Tanışlarından biri hadisəni telefonla videoya çəkib. Elmir ərazidən uzaqlaşmaq istəyəndə isə İbrahim onu vuraraq yerə yıxıb.
Sonra hadisənin videosu "TikTok" sosial şəbəkəsində paylaşılıb.
Zərərçəkənin şikayəti əsasında İbrahim polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.2-ci (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddələri ilə protokol tərtib olunub.
İbrahim Musayev ifadəsində əməlindən peşman olduğunu, Elmirdən və onun anasından üzr istədiyini bildirib.
Zərərçəkənin qanuni nümayəndəsi isə şikayətçi olduğunu deyərək, həm İbrahimin, həm də Elmiri zibil qutusuna atan digər şəxsin cəzalandırılmasını xahiş edib.
Barəsində inzibati xəta üzrə icraat aparılan İbrahimin vəkili isə müvəkkilinin yeniyetmə olduğunu nəzərə alaraq yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə İbrahim Musayev 500, ona kömək edən tanışı isə 400 manat məbləğində inzibati qaydada cərimələniblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəAzərbaycanda nasos stansiyasını su basıb - FOTO
Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.
HadisəGəncədə yaşıdı tərəfindən bıçaqlanan yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI
Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.
HadisəBağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO
Sosial şəbəkədə Gəncədə fəaliyyət göstərən özəl bağçalardan birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.