Son dəqiqə
Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİAğcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATIQaxda mindən çox abonentin qazı kəsilibGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEOBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEOABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Elektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA
Elektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA
Cəmiyyət

Elektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA

Dünən
17:43
0 baxış
Paylaş:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində yaranan çətinliklər sahibkarların narazılığına səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində yaranan çətinliklər sahibkarların narazılığına səbəb olub.

Bu barədə Gundem.today-a müraciət edən vətəndaşlar bildiriblər.

Onların sözlərinə görə, son günlər sistemdə yaranan nasazlıq səbəbindən elektron hesabatları təqdim etmək mümkün olmur.

Problemin artıq bir neçə gündür davam etdiyini qeyd edən sahibkarlar vurğulayıblar ki, hesabatlarını vaxtında təqdim edə bilmədikləri üçün cərimə riski ilə üzləşiblər. Şikayətçilər qeyd ediblər ki, məsələ ilə bağlı çağrı mərkəzinə müraciət etsələr də, cavab ala bilməyiblər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Mətbuat Xidmətindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 2026-cı ilin hesabat dövrü üzrə təqdim edilmiş cari vahid bəyannamələrin miqrasiya prosesi həyata keçirilir.

Qurumdan qeyd olunub ki, bununla əlaqədar olaraq bəzi hallarda elektron xidmətlərdən istifadədə qısamüddətli çətinliklər yarana bilər:

"Vergi ödəyiciləri dəqiqləşdirilmiş hesabatları miqrasiya prosesi başa çatdıqdan dərhal sonra təqdim edə biləcəklər. Həyata keçirilən proses vergi sisteminin daha təkmil və dayanıqlı fəaliyyətinin təmin olunmasına yönəlib və qısa müddətdə tamamlanması nəzərdə tutulur".

Bildirilib ki, yaranmış müvəqqəti narahatlığa görə vergi ödəyicilərindən anlayışla yanaşmaları xahiş olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Vergi_ödəyiciləri#İqtisadiyyat_Nazirliyi_yanında_Dövlət_Vergi_Xidməti#Hesabat

Oxşar Xəbərlər

Qaxda mindən çox abonentin qazı kəsilibCəmiyyət

Qaxda mindən çox abonentin qazı kəsilib

Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi,Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Bu gün
11:420
Azneft dairəsində BYD mopedə çırpılıb - ANBAAN VİDEOCəmiyyət

Azneft dairəsində BYD mopedə çırpılıb - ANBAAN VİDEO

Bakıda minik avtomobili ilə moped toqquşub.

Bu gün
11:160
Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHICəmiyyət

Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.

Bu gün
10:570
Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI - XƏRİTƏCəmiyyət

Bakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI - XƏRİTƏ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.

Bu gün
10:570