
Ağcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
Ağcabədi rayonunda baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Ağcabədi rayonunda baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Gundem.today-ın məlumatına görə, rayonun Yuxarı Qiyaməddinli kəndindəki yanğında ölən 2014-cü il təvəllüdlü İmaməddin Şirinov ev sahibinin baldızı oğlu imiş.
Azyaşlı eyni kənddən olsa da, təxminən 10 gün əvvəl qohumunun evinə gəlib, ev sahibi olan qadınla birlikdə yaşayırmış. Hadisə gecə saatlarında baş verib.
İlkin məlumata görə, gecə saatlarında qısaqapanma olub. Yanğın qısa müddətdə bütün evə yayılıb və qadın tək olduğundan azyaşlını xilas edə bilməyib.
Nəticədə İ.Şirinov yatdığı otaqda yanaraq ölüb.
Samir Əli
Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.
Gundem.today-ın məlumatına görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndindəki fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı evdə olan 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkarlanıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Samir Əli
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində fərdi yaşayış evində yanğın baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı ümumi sahəsi 200 kvadratmetr olan üçotaqlı evin, eləcə də evə bitişik sahəsi 117 kvadratmetr olan talvarın yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkarlanıb.
Əraziyə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğcabədidə güclü YANĞIN: Evdən yeniyetmənin meyiti tapıldı
Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.
HadisəBakıda parkda meyit tapıldı
Bakıda naməlum kişi meyiti tapılıb.
HadisəAğcabədidə güclü YANĞIN: Evdən meyit tapıldı
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində fərdi yaşayış evində yanğın baş verib.
HadisəBakıda qazıntı zamanı TORPAQ ÇÖKDÜ: Ölən və yaralanan var - VİDEO
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qazıntı işləri aparılan zaman torpaq qatı çöküb və 2 nəfər torpaq qatının altında qalıb.