
Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"
"Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı".
"Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı".
"Azad İran" "Telegrem" kanalının məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, Fundamental Elmlər İnstitutunun rəhbəri olmuş Əli Laricaninin qardaşı Məhəmməd Cavad Laricani deyib.
O, Əli Laricaninin öldürülməsinə dair dəhşətli detalları açıqlayarkən bildirib ki, qardaşının meyiti şiddətli hava hücumu nəticəsində tam parçalanıb.
Xatırladaq ki, Əli Laricani martın 17-si səhər saatlarında ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri fonunda baş verən hücum zamanı həlak olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran rəhbərliyində fikirlər haçalanır: Ağ Evlə mümkün razılaşma daxili ziddiyyətləri kəskinləşdirib
İranın rəhbərliyində ABŞ ilə razılaşma və müharibənin başa çatdırılması üçün mümkün güzəştlər barədə fikir ayrılıqları güclənir.
DünyaRusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldı
Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapılıb.
DünyaSomali piratları neftlə dolu "Honour 25" tankerini ələ keçirdilər
Somali dəniz quldurları 18 min barel nefti daşıyan "Honour 25" gəmisini qaçırıblar.
DünyaRusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb.