
"Sumqayıt" səfərdə qələbəyə sevindi
Futbol üzrə Misli Premyer Liqasında 29-cu tura start verilib.
Futbol üzrə Misli Premyer Liqasında 29-cu tura start verilib.
Gundem.today xəbər verir ki, turun ilk qarşılaşmasında "İmişli" öz meydanında "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra Sumqayıt təmsilçisi xal hesabını 38-ə çatdırıb və 7-ci mövqedəki yerini möhkəmləndirib.
"İmişli" klubu isə 29 xalla 9-cu pillədədir.
Xatırladaq ki, günün digər matçında Qəbələdə meydan sahibləri "Araz-Naxçıvan"ı qəbul edəcəklər.
Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura start verilir.
Gundem.today xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "İmişli" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. "İmişli" klubu 28 turdan sonra 29 xalla doqquzuncu, "Sumqayıt" isə 35 xalla yeddinci yerdə qərarlaşıblar.
Günün digər qarşılaşmasında isə liqada qalmaq uğrunda mübarizə aparan "Qəbələ" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 18:30-da başlayacaq. Qəbələ təmsilçisi 19 xalla turnir cədvəlində 11-ci, naxçıvanlılar isə 39 xalla altıncı yerdədirlər.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.
25 aprel
16:00. "İmişli" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov;
VAR: Elvin Bayramov;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Eldar Məmmədov;
Quba OİK stadionu.
18:30. "Qəbələ" - "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev;
VAR: Vüqar Həsənli;
AVAR: Əkbər Əhmədov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Elçin Məmmədov;
Qəbələ şəhər stadionu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Neftçi" və "Qarabağ"dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT
Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.
İdmanAzərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın dörd boksçusu yarımfinala vəsiqə əldə edib.
İdmanSərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir"
"Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur".
İdmanJoze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq? - Özü AÇIQLADI
"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının perspektivi ilə bağlı suallara aydınlıq gətirib.